Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mart ayında Musiqili Teatrda 20-dən çox tamaşa nümayiş olunacaq


Dünya azərbaycanlıları mart ayında Novruz Bayramını qeyd edəcək


Azərbaycan Dövlət Musiqili Teatrı da bu ay ərzində tamaşaçılarına ikiqat bayram əhval-ruhiyyəsi yaşadacaq. 

Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, mart ayında Musiqili Teatrda bir-birindən maraqlı 20-dən çox tamaşa nümayiş olunacaq. Tamaşaçıların hər zaman sevə-sevə izlədiyi Ü. Hacıbəyli “O olmasın, bu olsun”, “Ər və arvad”,  E. Sabitoğlu, T. Vəliyeva “Bankir adaxlı”,  O. Kazimi, R. Heydər “Qızıl toy”, E. Sabitoğlu, C. Məmmədov  “www.ferzeli-kef.com”,  Ə. Haqverdiyev “Kimdir müqəssir?”,  F. Sücəddinov, T. Vəliyeva “Mən dəyərəm min cavana”, R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov “Talelər qovuşanda” və s. səhnə əsərləri mart ayının repertuarına daxil edilib. Teatr rusdilli və balaca tamaşaçılarını da unutmayıb. Onlar üçün M. Kamoletti “Fransızsayağı qarnir”, Q. X. Anderson “Düyməcik”, Ş. Pero (səhnələşdirməsi A. Sadıqov) “Yatmış gözəl və cırtdanlar”,  R. Ağayeva, A. Xayt, A. Kurlyanski “Bir dayan, canavar”,  R. Şəfəq, V. Zimin “Yağış göbələyinin macərası”,  E. Sabitoğlu,  Y. Şvarts (tərcümə edəni C. Məmmədov) “Qırmızıpapaq” və başqa tamaşalar nümayiş olunacaq. Tamaşaçılar nümayiş olunacaq səhnə əsərlərində öz sevimli aktyorlarının – Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova, Əməkdar artistlər Şövqi Hüseynov, Nahidə Orucova, Novruz Qartal, Çingiz Əhmədov, Ema Məlikova, aktyorlar Əzizağa Əzizov, Hüseyn Əlili, Emil Heydərov, Ülviyyə Əliyeva və başqalarının ifalarını bir daha izləyə biləcəklər. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar