Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marsda təmiz su hövzəsi tapıldı


ABŞ Geoloji Xidmətinin alimləri Mars planetinin səthində 1-2 metr dərinlikdə 100 metr qalınlıqlı buz formasında təmiz suyun olduğunu aşkarlayıb


Oxu.Az-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bu tapıntı eroziyaya uğrayan qayalı çıxıntıların şəkillərini çəkən “Mars Reconnaissance Orbiter” planetlərarası stansiyası sayəsində əldə olunub.

Tədqiqatçıların bu haqda məqaləsi “Science” jurnalında dərc olunub.

Məlum olduğu kimi, “Qırmızı planetdə” su olsa da, kriosferdə daimi buz şəklindədir, toz, süxurlar və digər maddələrlə qarışıb. Buz şəklində olan su kriosferin 20 faizi təşkil edir. Habelə tədqiqatçılar gələcəkdə kosmonavtların içə biləcəyi donmuş vəziyyətdə olan təmiz su aşkarladıqlarına əmindirlər.

Mütəxəssislər üzə çıxan süxurları CRISM spektroskopu vasitəsi ilə araşdırdıqdan sonra onların tərkibində donmuş suyun olduğunu müəyyən edib. Buzun səth temperaturunu müəyyən edən THEMIS sisteminin məlumatlarına görə, içməli sudan ibarət buz təbəqəsi kifayət qədər qalındır.

Bu tapıntı Marsda əvvəllər güman edildiyindən daha çox suyun olduğunu göstərir. Bundan əvvəl alimlər “Qırmızı planetdəki” buzun aşağı təbəqələrdə qeyri-sabit olduğunu və qısa zamanda sublimasiyaya məruz qalaraq, buxara çevrildiyi düşüncəsində idi. Ancaq yaxın təbəqələrdə olan süxurlar buz plastlarının parçalanmasının qarşısını alır. Alimlər üzə çıxmış buz təbəqəsinin əriməsi ilə əlaqədar çıxıntılarda aktiv eroziyanın getdiyini müşahidə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar