Cümə axşamı, 21 Fevral 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Marqvelaşvili: “Gürcüstan NATO-ya üzv olmağa layiqdir”

"Gürcüstanın NATO-ya daxil olması alyansın və ümumilikdə Avropanın sabitliyini möhkəmləndirə bilər"


Bunu Gürcüstan Prezidenti Georgi Marqvelaşvili bəyan edib.

Dövlət başçısı Brüsselə səfəri zamanı "Azadlıq Radiosu"na müsahibəsində bildirib: "Biz alyansa daxil olmaq istəyirik, buna layiqik və bunun üçün hər şeyi edirik".

G.Marqvelaşvili qeyd edib ki, Gürcüstandan asılı olan bir çox amillər, o cümlədən, ticarət əlaqələri, Qərblə Şərqi birləşdirən əsas ticarət marşrutları, Qara dəniz regionunun sabitliyi məsələsi var: "Bu Avropa və Avroatlantik amillərdir və Gürcüstanın daxil edilməsi çox vacibdir".

Qeyd edək ki, Gürcüstan Prezidenti Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə də görüş keçirib.(trend)

pia.az
Etiket:
loading...