Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marketlərdən alış-veriş edərkən diqqətli olun: Qiymət yalanı - Fotolar


Bakıda fəaliyyət göstərən marketlərdə sahibkarlar alıcıların “cibinə girir”. Vitrinlərdə mallara qoyulan qiymətlər kassalardakı qiymətlərdən fərqlənir


Musavat.com xəbər verir ki, bəzi marketlər alıcıların diqqətsizliyindən sui-istifadə edərək onları aldatmağa çalışır. 

Belə ki, vitrində aşağı qiymətə göstərilən məhsulun qiyməti kassada bir neçə qəpik baha olur. Çox vaxt qiymət fərqi cüzi olduğundan alıcılar bu fərqi hiss etmir. Fərq cüzi- bir neçə qəpik olsa da yüzlərlə çeşid məhsulun satıldığı marketlərdə bu yaxşıca əlavə və asan gəlir deməkdir. 

Çox alış-veriş edən müştərilər isə bu fırıldağın fərqində olmurlar. Çünki alınan onlarla məhsulun hansının qiymətinin bir neçə qəpik baha olub-olmamasını müəyyən etmək asan deyil.

Bu cür halla rastlaşan müştərilər kassada öz etirazlarını bildirsələr də, aldıqları cavab və hadisəyə izah belə olur: “Məhsulun qiyməti dəyişib. Kassada olan qiymətlər yeni qiymətlərdir. Vitrindəki qiymətləri hələ ki, dəyişməmişik”.

Qeyd etdiyimiz problemlə biz də qarşılaşdıq. Sabunçu qəsəbəsində üz tutduğumuz böyük marketlərdən birindən şirniyyat almaq istədik. Vitrindəki qiymət 2 manat 25 qəpik göstərilirdi. Məhsuldan iki ədəd götürərək kassaya yaxınlaşdıq. Kassadan aldığımız qəbzdə məhsulun qiyməti 3 manat 30 qəpik idi. Buna etiraz etdikdən sonra məsələni araşdırmaq üçün yanımıza marketin vitrindəki qiymətlərə nəzarət edən işçisi yaxınlaşdı. Aldığımız cavab isə yuxarıda qeyd etdiyimizin eynisi idi. Yəni vitrindəki qiymətlər köhnədir. Kassadakı qiymətlər isə yeni. İşçilər yanlışılığın olduğunu və dərhal aradan qaldırılacağını dedilər. 
Marketdə rəhbərlikdən heç kimin olmadığını deyən işçi israrla səhvin onun olduğunu, qiymətləri vaxtında dəyişmədiyini bildirdi. 2 məhsul aldığımızdan bu fərqi hiss edə bildik. Əgər marektdən çox alış-veriş etsəydik, qiymət fərqini başa düşməyəcəkdik. Bu isə o deməkdir ki, bir məhsulu 1 manat 5 qəpik baha alacaqdıq.

Alıcıların marketlərdən alış-veriş edərkən diqqətli olması vacibdir. Mümkün qədər kassadan verilən qəbzdəki qiymətlərlə vitrindəki qiymətlər tutuşdurulmalıdır.

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

49 yaşında dünyasını dəyişən Əməkdar artistin ölüm səbəbi bilindi - Yenilənib    

Ən çox oxunanalar