Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Marketlər əhalini necə aldadır?


"Mağazalarda bəzi məhsullarının qiymətini artırırlar. Hər gün alış-veriş etdiyim mağazadan kofe alırdım. Ancaq son bir neçə gündür ki, səbəbsiz yerə kofenin qiymətini artırıblar. 30 qəpiyə olan kofe indi 35 qəpiyə satılır. Soruşanda isə satıcı bir məlumatının olmadığını deyir"


PİA.AZ  xəbər verir ki, bunu ans press-in "qaynar-xətti"nə müraciət edən Nailə Musayeva söyləyib. 

Xanım deyir ki, bu hal təkcə kofedə deyil, həm də saqqızlarda müşahidə edilir. Nailə xanım saqqızın qiymətinin qısa müddət ərzində 30 qəpikdən 40 qəpiyə qədər qalxdığını və bu bahalaşmanı anlamadığını deyir.

Digər bir oxucu isə müraciətində mağazalarda aldadıldığını iddia edir. Səlim Məmmədov deyir ki, mağazalarda rəfdə göstərilən qiymətlərlə kassada vurulan qiymət arasında fərq var. Yəni, rəfdə 1 manata təklif olunan mal kassada 1 manat 20 qəpiyə vurulur. Səlim bu cür hallarla tez-tez rastlaşdığını və nəticədə isə bazarlıq edərkən bilmədən artıq pul ödədiyini deyir. 

Ans press-in mağazalarda müşahidə aparan əməkdaşı da bu cür vəziyyətlərlə üzləşib. Xüsusilə, ölkəmizə idxal olunan məhsullarda bu qiymət dəyişikliyi daha çox hiss olunur. Maraqlısı ondadır ki, satıcılar da bəzi məhsullarda bahalaşma olduğunu etiraf edirlər:

"Biz malı topdan satış məntəqələrindən alırıq. Oradan aldığımız məhsulların bəzilərində bahalaşma var. Topdansatış məntəqələrində isə bəzi məhsulların Rusiyadan gəldiyi və qiymət artımının həmin məhsullarda müşahidə olunduğunu deyirlər. Biz isə həmin məhsulları topdansatışdan alıb həmişəki qiymətləri üzərinə qoyaraq satırıq. Yəni qiymət dəyişikliyi mağaza ilə əlaqəli deyil", - deyə mağazanın satıcı administratoru söyləyib. 

İqtisadçılar isə mağaza və topdansatış məntəqələrində bahalaşmanı əcaib adlandırırlar. İqtisadçı Samir Əliyev deyir ki, əslində ölkəyə idxal olunan məhsullar ucuzlaşmalıdır. Çünki, ümumilikdə dünya üzrə ucuzlaşma müşahidə olunur və bu amil Azərbaycanda istehsal olunmayan, xaricdən gətirilən məhsulların dəyərinə təsir etməlidir. İqtisadçının fikrincə, dünyada baş verən proseslər idxal olunan məhsulların ucuzlaşmasını şərtləndirir:

"Xüsusilə, Rusiyadan gətirilən məhsullar Azərbaycanda ucuzlaşmalıdır. Çünki, rus rublu Azərbaycan manatı ilə müqayisədə dəyərini itirib. Rusiyada baş verən bahalaşma isə rublla müqayisədə artır. Yəni, əslində Rusiyada rublun ucuzlaşması bu ölkədən Azərbaycan idxal olunan bütün məhsulların qiymətinin azalmasına təsir etməlidir. Ancaq təəssüf ki, biz əksini müşahidə edirik. Təkcə Rusiya deyil, avronun da qiymətində azalma müşahidə edilir. Həmçinin, Türkiyə, Gürcüstan və İran valyutaları da ucuzlaşıb. Beləliklə də xarici ölkələrdən idxal olunan məhsulların qiymətində ucuzlaşma olmalıdır", deyə istisadçı bildirib. 

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Rəqabət şöbəsinin müdiri Şahin Nağıyev isə mağazalardakı mövcud problemlərdən danışıb. Şöbə müdiri bildirir ki, kofe, saqqız kimi dənə ilə satılan məhsullarda qiymətlərin dəyişməsi dövlət tərəfindən tənzimlənən məhsullar sırasına daxil edilməyib. Yəni, həmin malların qiyməti tələb və təklif əsasında formalaşır: "Bu məhsulların satışı alıcı ilə satıcı arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilir. Sözügedən məhsullarının müxtəlif qiymətlərə satılması bazar iqtisadiyyatı qanunlarına uyğundur. İstehlakçılar tərəfindən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin "qaynar-xətt"inə müraciətlər daxil olduğu təqdirdə məsələ yerindəcə araşdırılır və lazımi tədbirlər görülür". 

Dövlət Xidmətinin şöbə müdiri mağazalarda qanun pozuntularının olduğunu da istisna etmir. Ş.Nağıyev deyir ki, mağazada satılan malların üzərindəki qiymətlər mal satışı zamanı istehlakçıya satılan qiymətlərdən fərqlidirsə, bu istehlakçının aldadılması deməkdir. Bu isə qanunvericiliyə görə qadağandır:

"İstehlakçının bu cür aldanılması inzibati xəta hesab olunur və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq qanun pozuntusuna yol verən fiziki şəxslər 500 manatdan min manata qədər, hüquqi şəxslər isə 2 min manatdan 3 min manata qədər cərimə edilirlər. Bu cərimələr az miqdarda aldadılma hallarına görə, müəyyən olunub. Əgər istehsalçı 40 manatdan artıq miqdarda aldadılırsa, o zaman bu cinayət hesab olunur və müvafiq məsliyyət nəzərdə tutulur", -deyə Ş.Nağıyev söyləyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar