Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Markesin səhvi


Kubalı şair Eberto Padilla 1971-ci ildə arvadı, şairə Belkis Kusa Male ilə birlikdə həbs olunur


Səbəb Fidel Kastro rejiminə müxalif olmaları idi. Bu həbs ictimaiyyət arasında geniş rezonans doğurur.
 
Padilla 1932-ci ildə anadan olmuşdu. “Cəsur qızıl güllər” adlı ilk şeirlər kitabı 1949-cu ildə çap olunmuşdu. Qəribə burasındadır ki, jurnalistika ilə məşğul olan Padilla ilk illər Kuba inqilabının alovlu dəstəkçilərindən idi. O, Kuba Yazıçılar İttifaqının həmtəsisçilərindən idi.
 
Amma 1966-cı ildən başlayaraq Padillanın düşüncəsində dəyişiklik baş verir. 1968-ci ildən başlayaraq isə Kastroya qarşı açıq müxalifətçilik etməyə başlayır. Əvvəlcə ev həbsinə məhkum olsa da şair 1971-ci ildə həyat yoldaşı ilə şairə Belkis Kusa Male ilə həbsxanaya atılır.
 
Qadın hamilə idi, həbsxanadaca doğur. Bu da hadisənin daha geniş miqyasda yayılmasına, dramatikləşməsinə təkan verir. Olay bütün dünyaya səs salır. Tezliklə bütün dünyada Kastro əleyhdarları hücuma keçirlər. Kastronu bu əməlinə görə tənqid edirlər. Təəccüblüdür ki, Padillaya azadlıq tələb edənlər arasında təkcə Fidel Kastronun düşmənləri deyil, dostları, onunla eyni ideologiyanı daşıyanlar da vardı.
 
Bu hadisədən sarsılan Mario Varqas Lyosa, Jan Pol Sart, Xulio Kortasar, Oktavio Pas, Karlos Fuentes və başqaları Kastroya etiraz olaraq bəyannamə qəbul edib imza atırlar. 54 nəfərin imzaladığı sənədin altında tək bircə adamın imzası olmadı. Latın Amerika yazarlarından bircə o bu etiraza qoşulmadı. Həmin yazar Qabriel Qarsiya Markes idi. O, şair həmkarının həbsdən azad olunmasına dəstək olmamışdı. Səbəb isə çox sadə idi. Qabo Fidellə dost idi. Sonralar “Patriarxın payızı” kimi diktatura əleyhinə roman yazan Markes Fidellə dostluğunu ömrünün sonuna qədər kəsmədi.(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar