Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Markesin kitabına şərik çıxan qəhrəmanı


1955-ci il fevralın 28-də Kolumbiyanın “Kaldas” adlı hərbi gəmisi fırtınada qəzaya uğrayır


 Səkkiz matros dənizə düşür.
 
On gün sonra matroslardan sadəcə biri quruya çıxır. O, xilasedici qayıqda günlərlə ac-susuz qalmışdı. Luis Velasko adlı matros bir anda qəhrəmana çevrilir. Bütün Kolumbiya ondan danışır. O zamanlar 27 yaşlı Qabriel Qarsiya Markes ölkənin ən tanınmış qəzetlərindən olan “El-Espektador”da müxbir işləyirdi.
 
Redaksiya tapşırığına əsasən Markes Velaskonu tapıb müsahibə almalı idi. Lakin Velasko Hərbi Dəniz Qüvvələrinin nəzarətində xəstəxanada saxlanıldığı üçün ona diqtə olunan sözlərdən əlavə heç nə danışmır. Bir müddət sonra xəstəxanadan çıxan matros reklam şirkətlərinin, radioların ovuna çevrilir. Misal üçün, reklam şirkətləri Velaskoya qonorar verərək tələb edirlər ki, dənizdə qaldığı müddətdə ayağında filan marka ayaqqabının olduğunu və cırılmadığını desin.
 
Bütün bunlardan narahat olan gənc müxbir müsahibə fikrindən daşınır. Bu günlərdə redaksiyaya gələn Markesi baş redaktor sürprizlə qarşılayır: “Velasko müsahibəyə razılaşıb.” Markes istəməsə də baş redaktorun təkidi ilə matrosla söhbətləşməli olur. Hekayə Velaskonun dilindən yazılıb onun imzası ilə çap olunacaqdı. 
 
1955-ci il, aprelin 5-də “Mənim macəram haqqında həqiqətlər” yazısının ilk sayı çap olunur. Nəticələr gözlənildiyindən də uğurlu olur. “El-Espektador”un bütün tirajı cəmi bir neçə saata satılır.
 
Matros hər gün redaksiyaya gəlir, Markes onun söhbətlərini qeyd edir, sahmana salır, səhərki nəşrə hazır edirdi. Gələcəyin nobelçi yazıçısı hekayəni matrosun dilindən elə ustalıqla yazır ki, hətta yaxın dostları da onun dənizçilik haqqında məlumatlarına təəccüb edir.
 
Velasko başına gələnləri olduğu kimi danışır. Sən demə qəzanın səbəbi fırtına deyilmiş. Gecikən maaşlarını alan matroslar pullarına soyuducu, paltaryuyan, qaz sobası kimi məişət əşyaları alıblarmış. Hərbi gəminin göyərtəsində yerləşdirilən yükün ipləri külək zamanı qopur, nəticədə yüklərlə birlikdə matroslar da dənizə düşür. Xilasedici qayıqlarda isə su və qida ehtiyatı olmadığından matroslar xilas ola bilmirlər. Təkcə Velasko möcüzə nəticəsində xilas olur. Matrosun danışıqlarından belə görünürdü ki, Hərbi Dəniz Qüvvələri bu faciədə məsuliyyət daşıyır.
 
Xəbər ölkədə ildırım sürətilə yayılır. Satış rekordlarına görə redaksiya on dörd məqalədən ibarət silsiləni iyirmi məqaləyə qədər artırır.
 
Kolumbiyanın Hərbi Dəniz Qüvvətləri qəzeti hədələyir. Markes Avropaya qaçmağa məcbur olur. Hadisədən on beş il sonra bu yazılar İspaniyada ayrıca kitab halında çap olunur. Markes “Açıq dənizdə boğulmayan adam haqqında hekayə” adlandırdığı kitabın ön sözündə belə yazırdı: “Bəzi kitablar onları yazanlara deyil, əzabını çəkənlərə aiddir; bu da o kitablardan biridir. Bu səbəbdən yazıçının qonorarı buna layiq olan haqq edən adama veriləcək: Bu kitabın yazılması üçün xilasedici qayıqda on gün ac və susuz qalmış adsız qəhrəmanımıza.”
 
Markesin tapşırığı ilə kitabın qonorarı on dörd il ərzində Luis Velaskoya göndərilir.
 
Amma günlərin birində vəkili Velaskonu inandırır ki, həmmüəllif kimi Velaskonun da adı qeyd olunmalı imiş.
 
Məhkəmədə Markesin vəkili kitabın ön sözünü fakt kimi irəli sürərək işi yazıçının xeyrinə udur. Markes kitabın qonorarını məhkəmədən sonra bir təhsil fonduna köçürməyə başlayır.
 
Qonorardan məhrum olan matros öz adını Markeslə yanaşı yazdıra bilməsə də böyük yazıçının bənzərsiz qəhrəmanlarından biri kimi tarixdə daim yaşayacaq. (kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ən çox oxunanalar