Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Markesin həyatını dəyişən 24 kitab – Siyahı

Bu gün Nobel mükafatı sahibi, dünyaca məşhur yazıçı Qabriel Qarsiya Markesin anım günüdür

 
PİA .AZ bu münasibətlə Markesə təsir etmiş kitabların siyahısını və onlar haqqında qeydləri (“Anlatmaq üçün yaşamaq” adlı avtobioqrafik romanına istinadən) təqdim edir.

1. “Sehrli dağ” / Tomas Mann

Tomas Mannın “Sehrli dağ” romanının qazandığı gözlənilməz uğurun sirrini hələ də tapa bilməmişəm. Müdir araya girməsəydi, Hans Kastorp ilə Qladuia Çaoçatın bircə dəfə öpüşməsini gözləyə-gözləyə bütün gecəni yuxusuz keçirəcəkdik. Nafta və dostu Settembrinin arasındakı fəlsəfi müzakirənin bircə sözünü qaçırmamaq üçün yataqlarımızda bardaş qurub gərgin halda oturmuşduq. O gecə bir saatdan çox kitab oxumuş, axırda tərifləmişdik. 

2. “Dəmir maskalı adam” / Aleksandr Düma

3. “Uliss”/ Ceyms Coys

Hüquq fakültəsinin tələbəsi Corc Alvaro Espinosa mənə İncildən bəhrələnməyi öyrətmiş, Eyyub peyğəmbərin dostlarının adlarını əzbərlətmişdi. Bir gün masanın üstünə iri bir kitab qoyaraq yepiskoplara xas amiranə əda ilə: “Bu da o biri İncil”, − dedi.

Bu, təbii ki, Ceyms Coysun “Uliss” əsəri idi. Səbrim tükənənədək ordan-burdan, didişə-didişə oxudum. Vaxtsız cəsarət göstəribmişəm. İllər sonra böyüyüb sözəbaxan cavanlardan olanda kitabı ciddi şəkildə oxumağı qarşıma məqsəd qoydum. Beləcə, təkcə öz içimdə varlığına şübhə etmədiyim özünəməxsus bir dünyanı kəşf etməklə kifayətlənmədim, dildən istifadədə sərbəstlik, vaxtı düzgün idarə etmək  və gələcək əsərlərimin strukturu kimi məsələlərdə xeyli texnika öyrəndim.

4. “Səs-küy və hiddət” / Uilyam Folkner

Məhz o vaxt iyirmi yaşında “Uliss”lə “Səs-küy və hiddət”i  oxumağın naşı cəsarət olduğunu anlayaraq hər ikisini bəsirətlə mütaliə etmək qərarına gəldim. Bir vaxtlar Folkner və Coysda mənə tutarsız, anlaşılmaz, anlaşılmaz görünən nə varsa, hamısı qorxunc gözəlliyi və yalınlığı ilə gözlərimin önünə sərildi.

5. "Yatağımda ölərkən" / Uilyam Folkner

Təhkiyəmi "Yatağımda ölərkən"dəki yunan xorunda ölüm yatağındakı bir adamın başına yığışan ailə üzvlərinin düşüncələri kimi, kəndin bütün sakinləri arasında bölüşdürərək zənginləşdirmək qərarına gəldim. Bir pyes mətnindəki kimi hər dialoqda xarakterlərin adlarını təkrar etməyi bacarmadığım üçün bu təhkiyə üsulundan istifadə etdim.

6. “Çılğın palmalar” / Uilyam Folkner  

7. “Çar Edip” / Sofokl

Orta məktəb illərində dəfələrlə oxuduğum “Odisseya” istisna olmaqla, Yunan və Roma klassiklərini sıxıcı və lazımsız sayır, onlara yuxarıdan aşağı baxırdım. Qustav İbarra mənim bu davranışıma görə narahat olurdu. Vidalaşmazdan əvvəl kitabxanasından dəri cildli bir kitab götürüb ciddi tərzdə mənə uzatdı: “Yaxşı bir yazar ola bilərsən, −  dedi, − ancaq yunan klassiklərini gözəl öyrənməsən, mükəmməl yazar ola bilməzsən.” Verdiyi Sofoklun əsərləri idi. O andan etibarən Qustav həyat müəllimim oldu. Elə ilk mütaliədə “Çar Edip” mənə mükəmməl əsər təsiri bağışladı.   

8. “Yeddi damlı ev” / Nataniel Hotorn

(Qustav İbarra mənə) Nataniel Hotornun gələcək həyatımda dərin izlər buraxan “Yeddi damlı ev” adlı kitabını verdi. Odisseyin macəralı səfərinin hikmətləri haqqında düşündük və çıxış yolunu tapa bilmədik. Yarım əsr sonra eyni mövzunu Milan Kunderanın məharətlə çözdüyünü oxudum.

9. “Tom dayının daxması” / Harriyet Biçer-Stou

10. “Mobi Dik” / German Melvill

Qustav İbarra tez-tez yunan şairlərini oxudur, ancaq nədənsə heç bir izah vermədən Evripidi  məndən uzaq tuturdu. Onun sayəsində Melvilli kəşf etdim. Mobi Dikin əbədi şöləni, balina qabırğalarından ucaldılmış göy qübbəsinin altında bütün dənizlərin balina ovçuları adından Jonaha (Yunus peyğəmbərə) yazılmış möhtəşəm əsər!

11. “Oğullar və sevgililər” / D.H. Lavrens

12. “Min bir gecə”

Şəhrizadın danışdığı rəvayətlərin onun zamanında gündəlik həyatda həqiqətən baş verdiyini, ancaq sonrakı nəsillərin inancsızlığı və ağciyərliyi üzündən qeyri-mümkün olduğunu düşünmüşdüm. Ona görə də hekayə yazarı oxucularını inandıra bilmirsə, insanın bir xalçaya minib şəhərlərin və dağların üstündən uçduğuna, yaxud kartacena de İndiasda (Kolumbiya) bir kölənin bir şüşənin içində iki yüz il həbsdə qaldığına bu gün kiminsə təzədən inanacağını sanmıram.

13. “Çevrilmə” / Frans Kafka

Veqa bir gecə təzə aldığı üç kitabla bizə gəlmişdi. Kitabların birini mənə verdi ki, bir az oxuyub rahat yatım. Tam əksi baş verdi: ömrüm boyu rahat yuxuya həsrət qaldım. Kitab Kafkanın “Çevrilmə”si idi. Borxesin yanlışlarla dolu tərcüməsi idi, Buenos-Ayresdə “Editorial Losada” çap olunmuşdu. İlk sətirlərindən etibarən həyatıma yeni bir dövrün qapılarını açdı: “Qreqor Zamza bir səhər narahat yuxusundan oyananda iri bir həşərata çevrildiyini gördü.” Bunlar sirli kitablardı, təkcə dar dəhlizləri fərqlənmirdi, o vaxta qədər bildiyim hər şeylə də təzad təşkil edirdi. Hadisələrin necə inkişaf etdiyini göstərməyə ehtiyac bilmirdi. Gerçək olması üçün yazarın o şəkildə qələmə alması bəs edirdi. Bunu ancaq onun istedadının vüsəti və qələminin gücü ilə izah etmək mümkündü. Budur, Şəhrizad yenidən yazırdı, amma onun hər şeyin mümkün olduğu min illik dünyasında deyil, hər şeyin çoxdan görünməz və dönməz olduğu bir dünyada. “Çevrilmə”ni oxuyub qurtaranda bu yad Cənnətdə yaşamaq arzusu doğdu içimdə.

14. “Alef / Xorxe Luis Borxes

15. Hekayələr / Ernest Heminquey

16. “Səs səsə qarşı” / Oldos Haksli

17. “Siçanlar və insanlar” / Con Steynbek

18. “Qəzəb salxımı” / Con Steynbek

19. “Tütün yolu” / Erskin Kolduell

20. Hekayələr / Katrin Mansfild

21. “Manhetten"/ Con Dos Passos

22. "Cenninin portreti" / Robert Natan

23. “Orlando” / Virciniya Vulf

24. “Missis Dellouey” / Virciniya Vulf

Virciniya Vulf adını ilk dəfə (Qustavdan) eşitdim. Onun adını − Folknerə Qoca Folkner dediyimiz kimi − Qoca təyini ilə işlədirdi. Mənim heyrətim onu vəcdə gətirdi. Ən sevdiyi iki kitab topasını qucaqlayıb mənə verdi.

− Axmaqlıq etmə, − dedi, − Al, bunların hamısını, oxuyub qurtaranda, gəlib götürərik.

Kitablar mənim üçün əlçatmaz xəzinə idi. Gizləməyə yerim olmadığına görə risk edib götürə bilməzdim. Nəhayət, Virciniya Vulfun “Missis Dellouey” adlı romanının ispancasını mənə zorla hədiyyə etdi. Üstəlik, kahinlik edib kitabı əzbərləyəcəyimi də əlavə etdi.

Tərcümə etdi: Rəşid Dəmirçi

Mənbə: fabula.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar