Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Markesin arxivi satıldı


ABŞ-ın Texas Universiteti Nobel mükafatlı Kolumbiya yazıçısı Gabriel García Márquez-in arxivini alıb


Arxivə bu ilin aprelində vəfat etmiş yazıçının əlyazmaları, bloknotları, fotoalbomları, məktubları, şəxsi əşyaları, o cümlədən 2 ədəd “Smith Corona” makinəsi və 5 ədəd “Apple” kompüteri daxildir
 
Texas Universitetinin Ransom Mərkəzi ölkənin ən zəngin arxivlərindən birinə malik qurumdur.
 
Burada həmçinin James Joyce, Ernest Hemingway, William Faulkner, Jorge Luis Borges və başqa dünyaca məşhur yazarlara məxsus sənədlər, əşyalar saxlanır.
 
Marqezin Texasa aparılan arxivinə onun yarımçıq qalmış “Avqustda görüşərik” romanının da əlyazmaları (bunun azı 10 versiyası var), eləcə də "Yüz ilin tənhalığı"nın nəşriyyata göndərilmək üçün hazır olan makinə variantı (yazıçının elədiyi bir neçə düzəlişlə) daxildir.
 
Nə Ransom Mərkəzi, nə də yazıçının ailəsi arxivin neçəyə satıldığını açıqlamaq istəməyib.
 
Marquez gələcəkdə tədqiqatçıların onun həyat və yaradıcılığını araşdıracağından narahat idi.
 
2003-cü ildə "Playboy" jurnalına verdiyi müsahibədə demişdi ki, bu, başqalarının sənin alt paltarına baxmasına bənzəyir.
 
Marquez adətən qaralamalarını məhv edərdi. Bunu Marquez-in rəsmi bioqrafı Gerald Martin 2009-cu ildə çap edilən kitabında yazır: “Mənim atam perfeksionist idi. Perfeksionistlər isə başa çatmayan işlərini heç kimə göstərmirlər".
 
Marquezin oğlu Rodrigo García müsahibələrinin birində deyir: "O, yazmaqda olduğu əsərin qəhrəmanları haqda daim zarafat edər, amma əsərin özünü 90 faizi hazır olmamış bizə göstərməzdi".
 
Amma həyat yoldaşı Mercedes yazıçının son kitablarının əlyazmalarını qoruyub saxlayardı. Yazıçı da buna etiraz etməzdi.
 
Bununla belə Marquez çox özəl məsələlərlə bağlı "iz" qoymaq istəməzdi.
 
Məsələn, deyilənə görə, o, Mercedes-ə yazdığı sevgi məktublarını alıb yandırmaq da istəyib.
 
Oğlu Rodrigo García deyir ki, atası "telefon adamı"ydı, heç kimlə şəxsi münasibətlərinə aid "sənəd-sübutun" qalmasını istəməzdi, deyərdi ki, "mənim yaşadıqlarımın, düşündüklərimin hamısı kitablarımdadır".
 
Marquez yazdığı məktubların da az hissəsini saxlayıb.
 
Arxivindəki 2000-ə yaxın məktubun çoxu ona gələn məktublardır.
 
Burada Graham Greene, Milan Kundera, Julio Cortázar, Günter Grass və Carlos Fuentes kimi məşhur yazıçılardan gəlmiş məktublar da var.(new york times)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar