Xəbər xətti

18 FEVRAL

21:50 Bu yollarda sürət həddi endirildi –Sürücülərin diqqətinə

21:33 Goranboyda 14 yaşlı qız dəm qazından ölüb

21:23 Saakaşvilinin tərəfdarları Kiyevdə etiraz yürüşü keçirib

21:05 Sevil Əliyeva 41 il əvvəl çəkilmiş ailə fotosunu paylaşdı

20:50 Böyük Britaniyada son 10 ilin ən güclü zəlzələsi olub

20:40 Xaçmaz-Quba yolunda minik avtomobili ilə yük maşını toqquşub, ölən və xəsarət alanlar var

20:33 Azərbaycanın qış Olimpiadasındakı yeganə idmançısı hara “itdi”?

20:10 Goranboyda 14 yaşlı qız dəm qazından zəhərlənərək dünyasını dəyişib

19:55 İranda daha bir zəlzələ baş verib

19:50 “Bakı Metropoliteni“ Rusiyadan hər biri 5 vaqondan ibarət iki metro qatarı alıb

19:20 Azərbaycan Parlamentinin sabiq deputatı vəfat edib

19:14 “Nizamnaməni pozduğuna görə Oqtay Gülalıyevin səlahiyyətinə xitam verilib”

18:55 Dağıstanda karnavalda insanlar atəşə tutulub, 4 nəfər ölüb

18:40 Keçmiş sevgilisini unutmayan Sereni yeni sevgilisi tərk etdi

18:33 “Terrorçulara hava dəstəklərini də özləri verirlər”

18:13 Moskvaya 48 rublla gedib, orada milyarder olan soydaşımızın hekayəsi

17:55 “Bizim İrana qarşı çıxmaqdan başqa yolumuz yoxdur”

17:38 "Qorbaçovun bütün danışıqlarına qulaq asırdılar, bütün sirlərimizi bilirdilər"

17:27 Kişi sevdiyi qadına böyrəyini verdi, qadın ona «yox» dedi! - Britaniyada…

17:05 Ukrayna Çexiyanın Rusiya əleyhinə sanksiyalarını dəstəkləyib

16:50 Dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib –DİM

16:33 ABŞ-n ikinci esminesi Qara dənizə daxil olub - «Ross»a qoşulub…

16:22 Rusiyada binada yanğın nəticəsində ölən azərbaycanlıların sayı 5 nəfərə çatıb

16:15 Azərbaycanda banklar 11 milyard manatdan artıq kredit verib

16:06 Bakıda qadını niyə tikə-tikə doğradılar? -Səbəbi bilindi

15:55 Almaniyada vəkilə dayanmadan pulsuz pizza göndərilir

15:43 Sabah Bakıya sulu qar, rayonlara qar yağacaq

15:37 Nazarovun komandası heç-heçə etdi

15:30 “Türkmənistanın hansı vəziyyətə düşdüyü hər kəsə məlumdur”

15:23 İstanbulun mərkəzində atışma: Yaralılar var - Foto

15:10 Azərbaycan prezidenti təyyarə qəzası ilə bağlı İran prezidentinə başsağlığı verib

14:55 Venesualada hərbi təlimlər keçiriləcək

14:46 Netenyahu İranı təhdid edib

14:35 Ədəbsiz ədəbiyyata doğru

14:27 ABŞ səfirliyinin Yəməndə əsir götürülən əməkdaşı azad edilib

14:26 Reynaldo bu klubla müqavilə imzalayır - 1 illik

14:20 ABŞ Türkiyə ilə bağlı xəbərlərə inanmadığını bəyan etdi

14:06 XİN: İranda qəzaya uğrayan təyyarədə Azərbaycan vətəndaşları olmayıb

13:56 Pxençxan-2018: Azərbaycan təmsilçisi starta çıxmadı

13:50 Lavrov Azərbaycanı Rusiyadan qoparmaq cəhdləri barədə danışıb

13:10 İranda təyyarə qəzasının səbəbi məlum olub

13:03 Afrində 1614 terrorçu zərərsizləşdirildi

12:55 Doyunca yatmamaq beyinə ziyan vurur

12:55 İranda dəhşətli təyyarə qəzası: 66 nəfər öldü - Yenilənib

12:50 Sumqayıtda ağır qəza: 4 qadın yaralandı

12:44 Rəsmi Tehran: Qəzaya uğrayan təyyarədə 65 sərnişin olub

12:38 Azərbaycanda sərnişindaşıma xidmətlərinin qiymətləri 3% ucuzlaşıb

12:32 ABŞ-ın rəsmən ittiham etdiyi 13 Rusiya vətəndaşının adları açıqlandı – Siyahı

12:25 Bakının bu yollarında sürət həddi endirildi

12:19 Bu gün axşam Bakıda intensiv yağış yağacaq

12:13 Kürdə suyun səviyyəsi artıb

11:59 “Günayın Bakıda getmədiyi istirahət mərkəzi yoxdur”

11:53 İranda zəlzələ olub – Dağıntı yoxdur

11:46 “Bakı-Tbilisi-Qars dəmir yolu regiona yeni dinamika gətirib”

11:40 Sumqayıt Dram Teatrının aktyoru vəfat edib

11:29 Tramp FTB-ni günahlandırdı

11:23 Gədəbəydə 20 yaşlı qız dərmandan zəhərlənib

11:18 Sarkisyan Münhendə Cəfərova Azərbaycan dilində müraciət etdi

11:13 Ermənistan silahlı bölmələri atəşkəsi 122 dəfə pozub

11:06 Putin niyə yoxa çıxıb?

11:00 General Həsən Firuzabadi: “Kərtənkələlər bizə qarşı casusluq edib”

10:55 Salyanda faciəvi qəza: Mikroavtobusla avtokran toqquşdu - Ölənlər var

10:50 Azərbaycanda 2 ayın gəlini evdən qaçdı - Foto

10:44 “Geyimlərimi endirim zamanı alıram”

10:39 Bakıda qadını niyə tikə-tikə doğrayıb zibilliyə atdılar? - Səbəb

10:33 Britaniyada son 10 ilin ən güclü zəlzələsi oldu

10:28 “Ləzgi xəncəri ilə onun başını kəsəcəm” – Ramin Musayev

10:17 Qəzza zolağından İsrailə raket atıldı

10:11 Qazaxıstan XİN qırğız deputatın saxlandığını təsdiqləyib

10:05 Ermənistandan Türkiyəyə yeni barışıq təklifi

10:00 Bu gün bürcünüz nələr vəd edir?

17 FEVRAL

21:55 Dünyada hər il 40 milyon insan qeyri-infeksion xəstəliklərdən vəfat edir

21:44 Melaniya xəyanəti bağışlamır: yenə Trampı pərt etdi - Video

21:36 “Suriyada amerikalıların qırdığı 300 rusiyalıya görə kim cavab verəcək?” – Təhlil

21:26 Meksika DİN rəhbərinin olduğu helikopter qəzaya uğrayıb, 13 nəfər ölüb

21:05 Gürcüstanda SOCAR-a məxsus benzin daşıyan maşın partlayıb

20:50 Moskvada həyatını itirən üç yaşlı Zəhranın ölüm səbəbi açıqlandı

20:33 Avropa İttifaqı viza ilə bağlı Türkiyəyə ağır şərt qoydu

20:23 Əsəd ordusu Afrinə girdi

20:05 MSK sədri: "İndiyədək 13 nəfər prezidentliyə namizədliyini irəli sürüb"

19:40 Ötən il Azərbaycan 54 milyon dollarlıq çay məhsulları idxal edib

19:33 Jirinovski “Vaqner”in həlak olan 300 üzvü haqda

19:16 Yol polisi Babək prospektindən "küsüb" … – Təmir aparılan yolda xaos

19:09 “Qəbələ”-“Zirə” oyunundan sonra kütləvi dava

19:05 Türkiyədə 3 milyonluq narkotik əməliyyatı: iki azərbaycanlı saxlanıldı

18:50 Rusiyada avtobus qatarla toqquşdu

18:37 GUAM ölkələrinin baş nazirlərinin sammiti keçiriləcək- Moldovada

18:25 Salyanda tövlə yandı

18:12 Daşıyıcı ana axtarışında olanların seçimi: Ukrayna

18:05 Ərdoğan: Qardaşlarımızın torpaqlarına qayıtmasını istəyirik

17:50 Ankara bundan yararlana biləcəkmi? - Təhlil

17:44 “Sinay 2018” antiterror əməliyyatı davam edir

17:38 KXCP də prezident seçkisini boykot etdi –Ali Məclis qərar verdi

17:32 “Suriyada terrorçular Rusiya və ABŞ istehsalı olan silahlardan istifadə edirlər“

17:20 MSK daha 7 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiq edib

16:55 Yevlaxda ağır yol qəzası- Br ailənin 3 üzvü xəsarət alıb

16:40 ABŞ dünya ölkələrini Şimali Koreya ilə əlaqələri kəsməyə çağırıb

16:30 "Avropa ölkələri enerji daşıyıcılarının tədarükü ilə bağlı mövqelərini özləri müəyyən etməlidir"

16:25 Ukrayna tezliklə dağıla bilər -Saakaşvilidən qorxunc proqnoz

16:13 “Ufak tefek cinayetler“dəki gizli eşq gerçək oldu?

16:07 Özünü DTX rəsmisi kimi təqdim edən şəxs saxlanılıb

15:53 Lənkəran sakini intihar edib

15:46 Məsum balanın əməliyyatına 6 min manat lazımdır - Yardım edək

15:40 Sabah hava necə olacaq?

15:32 Şahin Zəkizadənin ölümündən 1 il keçir

15:25 “Arsenal”dan 51 milyonluq təklif

15:13 İranda nəhəng günəş enerjisi stansiyasının inşasına başlanılır

15:05 Nazir: “Azərbaycan balına dünya bazarında tələbat 15-20 faizdir”

14:59 İcbari hicab əleyhinə dalğa: Qadınların etirazı İranı yeni inqilaba sürükləyəcəkmi?

14:52 Azərbaycanla Böyük Britaniya arasında hərbi əməkdaşlıq planı imzalandı

14:46 Türkiyə Ordusu Afrində 1595 terrorçunu məhv edib

14:40 Əli Əhmədov Macarıstanın Baş naziri ilə görüşdü

14:33 İsrailin müdafiə naziri erməni deputatları pərt etdi - Azərbaycanın tərəfindəyik!

14:26 Oqtay Şirəliyevin diqqətinə: Doğum Evində açıq bazar - Video

14:20 Kənd təsərrüfatı naziri soğanın bahalaşmasına münasibət bildirib

14:15 Binəqədidə sakinlər etiraza qalxdı - Video, Fotolar

13:46 “Gülməlisiz” - Röya əsəbiləşdi

13:41 Gəncədə silsilə oğurluq edən şəxs saxlanıldı

13:36 Ötən il Azərbaycanın idxal etdiyi taxılın həcmi açıqlanıb

13:30 “Bir addım qalıb” - Rövnəq Abdullayev



ANALİZ

...

Markesə qalmayan dünya…

Tarix 21.04.14, 14:59

Font ölçüsü : - / +
bitmap-img6


Xalid Kazımlı yazır


Filosof Marksa, diktator Markosa qalmayan dünya yazıçı Markesə də qalmadı. O, uzun, dolu, təminatlı, şan-şöhrətli bir ömür yaşadı, amma yenə bu dünyadan köçdü. Fəqət Marks və Markosdan bu dünyada az şey qalsa da, Markesdən çox şey qaldı.
 
O, zəmanəmizin ən böyük yazıçılarından biriydi. Bəlkə də dünyada Markes qədər böyük şöhrətə malik olan və öz şöhrətinin zirvəsində olduğunu görən ikinci bir yazıçı olmayıb. Bir çox yazıçılar öz şan-şöhrətlərini sağlıqlarında görməyiblər, bir çoxları ümumiyyətlə, sağlıqlarında ədib kimi də qəbul edilməyiblər. Ancaq Markes düz 40 ildir (bunun 32 ilini Nobel laureatı olaraq) dünya ədəbiyyatsevərlərinin dilindədir. Onun şöhrəti, populyarlığı azalmırdı və indən belə də azalmayacaq.
 
Ən qorxulusu o idi ki, Nobel mükafatı alandan bir neçə il sonra Markes digər nobelçi-yazıçıların sırasına qatılacaq, “ulduz yazarlar” kəhkəşanında görünməz olacaq. Elə olmadı, 1982-ci ildən başlayaraq, ta bu günə qədər onun oxucusu, eləcə də onun barəsində yazılan tənqid və əksərən tərif dolu məqalələr artan xətt üzrə davam etdi. 
 
Markes öz məşhurluğunun öləziməməsinin reseptini özü təyin etmişdi. İndi məlum olur ki, bu böyük yazıçının resepti nə qədər doğru imiş. Markes ötən əsrin 80-ci illərinin sonunda bir ədəbi dərgiyə verdiyi müsahibədə demişdi ki, əsl yazıçı dəb xatirinə yazmamalı və dəbdə olmağı sevməməlidir, çünki dəb ötəri şeydir, bir gün keçib gedəcək və dəbdə olan yazıçı unudulacaq. 
 
Dünyanın bütün kitab oxuyan ölkələrindəki bütün ədəbiyyatsevərlərin oxuduğu bu yazıçı özü heç bir dəbə uyuşmasa da, özü bir ədəbi dəb, yeni ədəbi cərəyan yaratmışdı. 
 
Bəzən deyirlər, müasir dünya ədəbiyyatında ondan da böyük yazıçılar vardı və var. Bu iddia ilə mübahisə etmək düzgün, hətta mümkün deyil. Ola bilər ki, elə olsun, kimsə elə hesab etsin. Ədəbiyyat da sonucda zövqə dayanan sənət sahəsidir. Kimsə Lyosanı, Saramaqonu, Aytmatovu, Steynbeki, Heminqueyi, Vonnehutu daha böyük saya bilər. Onsuz da insanlar dahiləri bir-birilə qiyaslayıb daha birini önə çıxarmağa meyllidirlər. İdmanda, siyasətdə bu bəlkə də mümkündür, ortada birincilik məsələsi var. Ədəbiyyatda isə birinci, ikinci, beşinci ola bilməz. Hər bir yazıçı öz zəmanəsinin, öz dünyagörüşünün ifadəçisidir.
 
Markes də içində olduğu, yaşadığı, gördüyü, hiss etdiyi dünyaya dair əsərlər yaradırdı. Bundan sonra dünya necə olacaqsa, yazıçılar da onun bəşəri, qlobal problemlərini öz içlərindən keçirərək ifadə edəcəklər. Markesin dünyası, zəmanəsi hakimiyyətdən əl çəkə bilməyən, qəddarlıqdan həzz alan, az qala ölüb-gedəcəyinə inanmayan patriarxlarla, qadın şərinə düşərək gənc yaşda hamının gözü qabağında, öncədən qətl ediləcəyi bilindiyi halda öldürülən Santyaqo Nasarlarla, narkokartel bossu Eskobar tərəfindən qaçırılan, girovluqda iztirab çəkən nazir arvadları ilə, təqaüdə göndəriləndən sonra unudulan, eyzən məktub gözləyən kədərli polkovniklərlə, sevilən yaşları keçmiş qüssəli fahişələrlə zəngin idi. O bunlardan yazmışdı. 
 
Bir də onun haqqında belə bir iddia var: Markes öz böyük şöhrətinə görə reklama, piara borcludur. Bu da ola bilər. Ədibin barəsində daima yeni-yeni informasiyalar yayılırdı, onun harada kiminlə görüşdüyü, kimin haqqında nə dediyi, hansı əsər üzərində işlədiyi və sair və ilaxır hərəkət və açıqlamaları barədə saysız-hesabsız xəbərlər yazılırdı. Ancaq bütün bunların onun yaradıcılığı ilə elə bir əlaqəsi yox idi. Adam yazırdı, yaradırdı, ortaya yeni və sanballı əsərlər qoyurdu və mediadan, ictimaiyyətdən haqq elədiyi diqqəti görürdü. Başqa sözlə, əgər Markesin adının ətrafındakı piar kampaniyasının real əsası olmasaydı, bu kampaniya bir gün mütləq iflasa uğrayardı. 
 
Bu, çoxdan deyilmiş bir ifadədir, deyirlər, dünyanın bütün yazıçıları ən çox bir əsərləri ilə tanınır, sevilir, şöhrət qazanırlar. Markesdə isə belə əsərlərin sayı ən azı üçdür: “Yüz ilin tənhalığı” (bu əsərin adı, zənnimcə, Türkiyədə daha dəqiq tərcümə olunub: “Yüz ilin yalnızlığı”), “Patriarxın payızı”, “Gözlənilən bir qətlin tarixçəsi”. Hələ “Polkovnikə məktub yoxdur”u, “Qaçırılmışlar”ı da qeyd etmək olar. 
 
Onun əsərlərində qəribə bir sehr var. Hər oxucu bu sehrdən yaxa qurtara bilməz. Elə onun maqik realizm cərəyanının atası sayılması da bu üzdəndir. Bütün dünya bunu etiraf edir. 
 
Söz yox, Markesi böyük edən, böyük şöhrətə qovuşduran onun dünyanın böyük dillərindən birində - ispanca yazmasıydı. Ədib bir əsər yazırdı və həmin əsəri İspaniyadan Meksikaya, Çiliyə qədər 20-dən artıq ölkədə oxucular orijinal variantında oxuya bilirdilər. Markes bu istedadı ilə Amerikada, İngiltərədə, Almaniyada, Fransada doğulsaydı da, bu şöhrətini yaxalaya, ədəbiyyat zirvəsini fəth edə bilərdi. 20-ci əsrin ortalarında Cənubi Amerika dövlətlərinin müstəbid rejimlərin cəngində inləməsi, xalqların demokratiyaya keçid uğrunda mücadilə verməsi də Markesin bir yazıçı kimi formalaşmasında böyük rol oynayıb. O, bu tarixi proseslərdə ən azı müşahidəçi kimi iştirak edib, hər şey düz onun gözü qarşısında baş verib.
 
Markes siyasi dünyagörüşü etibarilə nə qədər ziddiyyətli adam olsa da, zaman-zaman ideoloji təsirlərə məruz qalsa da, bunun öz əsərlərinə inikas etməsinə imkan verməyib. O, Pinoçetə nifrət, Fidel Kastroya rəğbət bəsləyib. Ancaq diktator Kastro ilə diktator Pinoçeti bir-birindən ayırmaq mümkün deyildi. Onların hər ikisi öz ölkəsini inlədən patriarxlar idi. Markes isə onların arasına fərq qoyur “yaxşı tiran”-“pis tiran”a bölürdü. Bununla belə, Markesin populyarlığının ən pik dövründə, yaradıcılığının çiçəkləndiyi dönəmdə, milyonlarla oxucusunun ondan yeni əsər gözlədiyi bir vaxtda “Pinoçet hakimiyyətdən getməyincə bir daha roman yazmayacağam” deyə ciddi bəyanatla çıxış etməsi yazıçının dünyəvi demokratikləşmə prosesinə çox böyük töhfəsidir. Bu bəyanatdan sonra onun təkcə Cənubi Amerikada yaşayan milyonlara oxucusu Pinoçetin necə bir dəhşətli diktator olduğunun fərqinə vardılar və tiran mənfur bir varlığa çevrildi. 
 
O böyük söz ustasıydı, öz dövranını sürdü, getdi. Klassik şairimiz Səməd Vurğunun özü barəsində yazdığı bir misranın iki sözünü dəyişib Markesə də aid etmək olar:
 
“... yelkən kimi qərq etsə də dəryada zaman,
... öldü deməyin, bir əbədi sənəti var”.
 
***
 
Qabriel Qarsia Markes 1928-ci ildə Kolumbiyanın Arakataka şəhərində anadan olub. 1950-ci ildə hüquq fakültəsində təhsilini yarımçıq buraxıb. Jurnalist olub, ədəbiyyata gəlib. 1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı alıb. Bu il aprelin 17-də 87 yaşında vəfat edib.(Musavat.com)
 










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


Müəllifin digər yazıları

design-img

Vernisaj

Lavrov Azərbaycanı Rusiyadan qoparmaq cəhdləri barədə danışıb

bitmap-img3

Rakurs

Neftçala Su Nəqliyyat idarəsində balıq bazarı açılıb?

bitmap-img3

Seçmələr

Fazil Məmmədov adamlarını ələ verməyə başladı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru