Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mark Zukerberq Konqresdə ifadə verdi - Video

"Bu mənim səhvim olub, və mən üzr istəyirəm," Konqresdə ifadə verən Mark Zukerberq bildirib. "Facebooku mən başlamışam, və onu mən idarə edirəm. Və orada nə baş verirsə bu, mənim məsuliyyətimdir"


Facebook şirkətinin icraçı direktoru Mark Zukerberq Konqresdə keçirilən dinləmərdə ABŞ senatorları qarşısında ifadə verib. Zukerberq bundan öncə milyonlarla istifadəçi ilə bağlı məlumat bazasından informasiya axını ilə bağlı üzr istəyib.

Dinləmələr Senatın Ədliyyə və Maliyyə komitələrində keçirilib. Çərşənbə günü isə Zukerberq Nümayəndələr Palatasında qanunvericilər qarşısında ifadə verəcək.

Ədliyyə komitəsinin sədri Çak Qrassli bildirib ki, "istifadəçilər onlarla bağlı məlumatların necə bölüşdürüldüyü və təhlükəsizliyin necə təmin olunduğunu bilməyə layiqdir". Senator həmçinin Zukerberqlə innovasiyalarla təhlükəsizlik arasında müvazinətin necə təmin edildiyi ilə bağlı müzakirə aparmaq istəyir.

"Əgər sən və başqa sosial media şirkətləri öz işinizi qaydasına qoymasaz, onda bizim heç birimizdə özəl məlumat qalmayacaq," Demokrat Senator Bill Nelson deyib. "Əgər Facebook və başqa şirkətlər insanların özəl məlumatlarlına müdaxiləni dayandıra bilməyəcəklərsə, onda bu işi biz etməli olacağıq - Konqres."

Mark Zukerberq qanunvericilərlə Vaşinqtonda bazar ertəsi özəl görüş keçirib. O, görüşlə bağlı açıqladığı yazılı mesajında bildirib ki, sosial media şirkəti özünü və istifadəçilərini qorumaq üçün daha çox işlər görməli idi.

Zukerberq keçən ay Facebook şəbəkəsinin milyonlarla istifadəçisi haqda məlumatların onların xəbəri olmadan Britaniyanın Cambridge Analytica şirkəti tərəfindən toplandığı haqda xəbərlərin verilməsindən sonra Konqresdə ifadə verməyə çağırılıb. ABŞ prezidenti Donald Trampın kampaniyası 2016-cı ildə potensial seçiciləri səsverməyə cəlb etmək üçün Britaniya şirkətinin xidmətlərindən istifadə edib.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar