Sankt-Peterburqda Marinski teatrında kütləvi zəhərlənmə baş verib
PİA.AZ Trend-ə istinadən xəbər verir ki, teatrın 7 əməkdaşı xəstəxanaya yerləşdirilib.
Ümumilikdə tibbi yardım üçün xəstəxanaya 12 nəfərin müraciət etdiyi bildirilir. Həmin şəxslərdən yalnız 7 nəfər Botkina adına xəstəxanaya yerləşdirilib. Xəstəxanaya yerləşdirilən şəxslərin vəziyyəti normal qiymətləndirilir.
Hazırda teatr əməkdaşlarının hansı səbəbdən zəhərlənməsi faktı araşdırılır.
pia.az