Böyük Britaniyanın Mançester şəhərində sürücü yük avtomobilini piyadaların üstünə sürüb
PİA.AZ APA-ya istinadən verdiyi xəbərə görə, insident Trafford yaşayış məntəqəsində baş verib.
Hadisə nəticəsində beş nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Polis əməkdaşları hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirir. Əməliyyata helikopter cəlb edilib. Digər təfərrüatlar açıqlanmır.
pia.az