Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Manatın möhkəmlənməsi bank sektoruna və kreditləşməyə necə təsir edir?


Bank üzrə mütəxəssis: “Dövriyyədə olan manat kütləsi real iqtisadiyyata çatmır. Buna baxmayaraq, Mərkəzi Bank banklardan yüksək faizlə əmanət qəbul edərək dövriyyədəki pul kütləsini daha da azaldır”


“Əslində Mərkəzi Bank hazırda bankların kreditləşdirilməsi yolu ilə iqtisadiyyata pul axınını təmin etməlidir, amma Mərkəzi Bank bunu etmir, daha doğrusu bunun əksini edir”.

Bu fikirləri bank üzrə mütəxəssis Əkrəm Həsənov manatın möhkəmlənməsi fonunda bank sektorundakı vəziyyəti PİA.AZ-a şərh edərkən qeyd edib.

Son zamanlar manat dollar qarşısında bir qədər möhkəmlənib. Azərbaycan Mərkəzi Bankının 2017-ci ilin yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalında açıqlanan məlumata görə, birinci yarım illik dövr ərzində tədiyə balansının yaxşılaşması, eləcə də dövlət sektorunun xarici valyutada bir sıra öhdəliklərinin valyuta bazarından kənarda tənzimlənməsi valyuta bazarına tarazlaşdırıcı və manatın məzənnəsinə sabitləşdirici təsir göstərib. Əgər Mərkəzi Bank tərəfindən manatın uzunmüddətli stabil qalması və ya möhkəmlənməsi prosesi həyata keçirilərsə və bu proses 2018-ci ildə də davam edərsə, bank sektorunda kreditləşmə ilə bağlı müsbət nəticələr əldə etmək mümkündürmü və sabit manat problemli kreditlərin həllində rol oynaya bilərmi?

Mövcud vəziyyətin bank sektorundakı gedişata təsiri barədə PİA.AZ-ın əməkdaşı “Antikollektor” MMC-nin direktoru, bank üzrə mütəxəssis Əkrəm Həsənovun fikirlərini öyrənib. 

Image result for ekrem hesenov
Əkrəm Həsənov: “Düşünmürəm ki, manatın sabitliyi üçün obyektiv şərait var”.


Manatın sabitliyinin müvəqqəti olduğunu hesab edən mütəxəssis Əkrəm Həsənov bildirib ki, mövcud şəraitdə manatın dəyər artırmasına səbəb Mərkəzi Bankın manat kütləsini sıxmasıdır. Bu isə manatın sabitliyinin davamlı olmasına əsas verməyəcək:

“Əvvəla, mən düşünmürəm ki, manatın sabitliyi üçün obyektiv şərait var. Sadəcə Mərkəzi Bank manat kütləsini sıxıb, yəni, dövriyyədə manat azaldığı üçün dəyəri də artıb. Miqdarı azalan hər hansı əmtəənin dəyəri artır. Digər tərəfdən, dövriyyədə olan manat kütləsi də əsasən real iqtisadiyyata çatmır. Buna baxmayaraq Mərkəzi Bank banklardan yüksək faizlə əmanət qəbul edərək dövriyyədəki pul kütləsini daha da azaldır. 

Əslində Mərkəzi Bank hazırda bankların kreditləşdirilməsi yolu ilə iqtisadiyyata pul axınını təmin etməlidir, amma Mərkəzi Bank bunu etmir, daha doğrusu bunun əksini edir. Pul olmayan yerdə isə dirçəlmədən və kreditləşdirmənin artmasından söhbət gedə bilməz. Hələlik hamı sadəcə gözləmə mövqeyindədir”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Ən çox oxunanalar