Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Manatın məzənnəsi ilə bağlı təkliflər verildi


Manatın məzənnəsi ilə bağlı təkliflər verildi - “Hökumət kompensasiya versin və...”


Mərkəzi Bank rəsmi açıqlamalarına əksinə olaraq manatın yumşaq deyil, kəskin devalvasiyasını həyata keçirdi. Məzənnədəki kəskin azalmanın iqtisadi və sosial mənfi təsirlərini azaltmaq üçün hansı addımların atılmasına ehtiyac var?

Bununla bağlı hökumətə təkliflər təqdim etdiyini deyən iqtisadçı alim Vüqar Bayramov bildirib ki, Mərkəzi Bankın İdarə Heyətinin manatın məzənnəsi ilə bağlı qərara baxması və onu ya əvvəlki səviyyəyə, ya da öncədən rəsmi olaraq elan etdiyi 1 dollar 90 qəpik kursuna uyğunlaşdırması məqsədəuyğundur. Mərkəzi Bankın rəsmi vədinə zidd olaraq manatın kəskin ucuzlaşması iqtisadi və sosial baxımdan qəbul edilən deyil.

Vüqar Bayramov söyləyib ki, banklarda manatla əmanətləri olan vətəndaşların itkilərinin qarşısının alınması və ziyanın kompensasiya edilməsi üçün bir sıra təbii ehtiyatlara malik olan ölkələrdə olduğu kimi banklardan olan əmanətlərin əvvəlki məzənnə ilə dollara indeksasiyasının həyata keçirilməsinə ehtiyac var. Bu zaman indeksasiya ilə bağlı potensial və ya virtual xərclər dövlət tərəfindən qarşılanır. Məsələn, vətəndaş bankda 10 min manatlıq əmanət yerləşdirir və ya hal-hazırda əmanəti var. Bu məbləğ Mərkəzi Bankın devalvasiyadan əvvəlki rəsmi məzənnəsinə əsasən 12 750 dollar edir. Müqavilə üzrə müddət başa çatdıqdan sonra isə əmanətçi öz manatla olan pulu götürən zaman milli valyutanın dəyəri aşağı düşdüyü halda isə yaranan fərq məhz indeksasiya olunduğu üçün dövlət tərəfindən qarşılanır. Bu o deməkdir ki, məsələn, 12750 dollarlıq manatla ifadə edilən əmanət milli valyuta devalvasiya nəticəsində 9523 dollaradək azalarsa o zaman yaranan 3227 dollar fərq məhz dövlət tərəfindən qarşılanır;

İqtisadçı alım deyib ki, valyuta növü ABŞ dollar ilə göstərilən kredit müqavilələrdə devalvasiyadan sonra manatla ödənişlərdə güzəştlərin tətbiq edilməsinə ehtiyac var. Bu zaman Mərkəzi Bankın tövsiyəsi ilə həmin kredit faizlərinin aşağı salınması həyata keçirilə bilər. Bununla da, devalvasiya nəticəsində yaranan fərqin bir hissəsi aşağı faizlər hesabına kompensasiya edilə bilər. Bütövlükdə, Mərkəzi Bank çalışmalıdır ki, ödənişlər əvvəlki məzənnə ilə həyata keçirilsin ki, problemli kreditlərin həcmi artmasın. Əks halda vətəndaşların xarici valyuta ilə götürdüyü kreditlərin ödənilməsində ciddi çətinliklər olacaq.

Əmək haqqı artımların vacib olduğunu bildirən iqtisadçı deyib ki, manatın dəyərinin azalması büdcənin manatla daxil olmalarını artırdığı üçün dövlət büdcəsindən maliyyələşən işçilərin, xüsusən də müəllim və həkimlərin əmək haqlarının və eləcə də pensiya məbləğlərinin artırılması məqsədəuyğundur. Bu il dövlət büdcəsindən  6 milyard manat vətəndaşların əmək haqqı və pensiyalarının ödənilməsinə yönəldilməsi nəzərdə tutulub. Bu vəsaitin 3.5 milyard manatı əmək haqlarının, 1.9 milyard manatı təqaüd və sosial müavinətlərin, digər hissəsi isə sosial yardımların verilməsi üçün nəzərdə tutulub. Bu o deməkdir ki, büdcədən maliyyələşən bütün işçilərin əmək haqqı, pensiya və sosial xərclərini 20 faiz artırmaq üçün bu il orta hesabla 1.2 milyard manat vəsait lazım olacaq. Manatın məzənnəsinin aşağı düşməsindən sonra bu xərci qarşılamaq ciddi maliyyə çətinliyi yaratmamalıdır.

Vüqar Bayramov onu da əlavə edib ki, süni qiymət artımlarına mübarizənin gücləndirilməsinə ehtiyac var. Ölkə idxal olunan məhsulların qiymətində artımın olması qaçılmazdır, çünki onların xərci manat ifadəsində yüksəlib. Bununla yanaşı, idxal məhsullarında kəskin, yerli məhsullarda isə qiymət artımlarının qarşısının alınması üçün tədbirlərin genişləndirilməsinə ehtiyac var.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar