Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Manat öz sabit qiymətini aldımı, yoxsa hələ qarşıda təlatümlər var?


“Əgər real sektordan ixrac potensialımızı proqnozlaşdırdığımız səviyyədə genişləndirə bilsək və dünya bazarlarında neftin qiymətləri ən azından indiki səviyyədə qalsa, bu halda manatın sabitliyi təmin edilə biləcək”


“Bu ilin sonuna qədər neftin qiymətinin 50-55 dollar arasında olacağı daha çox gözləniləndir”.

Bu sözləri iqtisad elmləri doktoru Fikrət Yusifov AzərbaycanAvropa İttifaqı biznes forumunda çıxışı zamanı iqtisadiyyat naziri Şahin Mustafayevin manatın məzənnəsi ilə bağlı fikirlərini şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib.

Azərbaycan - Avropa İttifaqı biznes forumunda çıxışı zamanı iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, “manatın məzənnəsi sabitləşib. Milli valyutamız öz yerini tapmaqdadır”. Həmçinin bank sektorunun sağlamlaşdırılmasının mühüm vəzifələrdən biri olduğunu vurğulayan Şahin Mustafayevə görə, bu istiqamətdə ciddi addımlar atılır. Doğurdanmı artıq manatın üzən məzənnəsi müəyyənləşib və milli valyutamıza qarşı heç bir təhlükə yoxdur?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı keçmiş maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru Fikrət Yusifovun fikirlərini öyrənib.

BMTJZIsBAwyACAAAAAANmAgK5Mi2NkQGIAAAAWQGRYNgAAAAA0IaAx3cM05pcXGX2OZ7dLdq66rdTw9JYeUdYjjNt0HSnUi5yjGeJRXJ+S8zLZHq/Gz52NfUn32/F5LtpUWVn/wCRra/DJOE3urx0XsY168K31azhOK4PxNRcbEitYpa84v8AIuWFWW7uaavmbGFpJ8Wl6Fnppxp7XZ8o65fkjoNhUNyMvE19ZYml+ZttnP4s8tSd7V5yPP8ApBYxld1qs1vax08YpI0W39n0a81Le7KOEpQeUtFxWmp2G0k53FbTTTBqLnZ8ZaSy/JGky4yy1+Th6VFqrNReYJ4jxxuntXQO3cLKDeO/Kc1pybwvsee3WzlBwhFd6TSS46t4R65Y2ypUqdNaKEIx90tTrG9ry754yRNkWiUiJo8yIYG0IAEMGAiI2hAGBDYgEAxAAAAGyAAK5DIokxYABDwIBCJCwAgHgMAIB4ABEkgUSSiAJEbumpU55Sb3J4yk8Pdeq8DJjHHRGp6QdIbe0p96Sq1aklSpW9OUXUnUlpGKXJZ4vwyLPTrG8cZBZixU2l3WQtavJ6NZTWeDXItSpZ15+R5H08Z6i5ZPDRtI1pNYgtfE0dNyS09zZ2V1GOE2k/kWTrTykYKVaEKsoVZJS5Zf2yb2wqrdlnGhy3SPZtO5W89JxWkk9UjnaO37mhHs2nNruqWcp+DZ148S5x0tecZV6m7ywihey7PVYxxeSrsys0lKbzKWsvUhtmpoyeJ5H0ci7q/pOXw026n7PD6nqEmch1bbO3KVW4ktaklCGn4Y8fr9jrpG2M5Hzd2XcmOQhtCOmYIjYgAQAAERsQAJjEwEAAAAIYGyAlgaiVyhgCVSUY6ykorxk0kUK+3LSn8dzQjjxqxAvYFg0dXppsyPG8oe0m/yK9TrC2THjdwfpGo/sjrg6TdFg5Sp1m7JX+0SfpRqv8irV61tlLhUrS9KFRfdDl/Q7XAYOHj1sbMfF11/ypP7Fun1mbLf9LUXrQqfuHL+h126OMDz7bHW3ZUtLenUuZeLzRh9Vn6HE9I+s++uo7lFKzptYkqUt6cvWbSaXoXwtTr1vpB0ssbFfyitFVOVGH8ZVf8AdXD1Z5p0i6460sxsaMaK4KpVaqVPXdWi+bPL7ipJvVtt8W222/UhCm3xO5hwbPaHSO9upb1e5rzz/vJRj7RWEdX1N7OVfaMpyWVbW1atl6/xmkYv6v5HCSWD1b/J8j/Kr5P8VvTj85yLlPSz5Yaly6VeSb0k8+74nQ062Ypo1HSjZ0qdSpGSw4Sa+pV2ftFxW7PlwPnV9XC+o6ZTlKLS0KEtmzy32k1LRpxa+zLtlcKa4/I2CtlJaFlaeP21Mbe4Ucq4g2tMVIR18m1jBrdoVa61lRoteFOpr66rBvL7YMZatv5mslsncz3pbq5Z0O+cT0oW1+qjcdyUH+i8P6orXlZzlhtJZ3ct4Xq34FuvBU05LGcaM43pbtHdXYRfea7/AJLjguOPleMdmXjjX0Tsq1hTt6MKTjKEYJKUWpRb5vK8zJOJ8u9H+lF7YyzbV501nWm+/TfrB6HqnRjrgpVWqe0KfYS0Xb0szpt/2o4zH11Rtddj59vXpTRjaMlvXhVhGpSnGpTksxnBqUWvUbRyjDgRNojgKTEyTIsCImSIgIYgABNDQmAgAAOI2/1v0abcbOi6z/rKrcI+y4nDbV6zNp18pVuxj+jRjGP14nGxRPdPTMJGfWe82nXqvNSrUqN85ycn9SrvMc1oOJ1yJ0sMjgyMyW8N6SXLn6BeoQoPGZaR8R9nHzf0NhdR5fIqwgOCEXjgkvPiSxKWuWZezM0IYQ4nVaNLxI1VjgXJY9CpXKiok2yxu4RBPdxnh+Zlm0+BHXVeoj0TqMu9zaMqfKrby93CcWvo5Hnk9eB1XVZc9ntWz5b05Q/ai0Swe69Otg/win29NZqQj34paygk9V4teB5BXo7r8sn0ZFaHC9Nehyqb1e2ilPVzpLRS84+Z5Nmv7j2advrxyebbOvJUnpqvDJ0Vvt6ONe75nJXVBwb4p8MYw/dcmUqlWa8/Uykj145Wf29GW1ovnlcTBUv44eXouGpw0K8sat456m82JsCtdSW85Qt18UtU5eUf3l50y2891qukO34U9Vl5zuLlJrT5HntxWdSUpyeZSeWzpOsmrF38qNNKNO3hClGK4LuqT+5zSgenXh4z+3z9u25ViaCBl3CGDWMW/wCjvSK6sZb1tVcFnMqb71OS8HFnrXRzrRta8VG8X8ErYWX3pUZPxUvw+jPEaSMmBcJU8n1Ba3VOtFTo1IVIP8UJKSJuJ8ybP2hWt5b9vVqUZZzmnJx18+T9zvuj/WxWhuwvqarQ0TrU9KuPFx4S+hndd+nXk9aaItFXZO17e8pqpbVY1Ivjj4ovwlHimXGjJUCJJkWFIAYmAZEJhkAwAZAD5iDICZ7GQkyECZCPECZa2d8X91/kVWbSwpxVPe/E85fl4CgqvLMKjiXqZJCfFe6ESssIjwKDHJlTrHNFaaLM2YJx0ZBj3E1h6mKnRxz08C1F5iiGNA6V5IvdGbnsr2zqZxuXVB58u0jn6ZKVQx0p7r3ucWpe6eSVX2XCWiMmMo1+yK/aW9vU479GlPPrBP8AM03SPpJ2eaFDWpwnUjhqGeS/tfYzruON61XYUp6VUrx4zRpLf011qJfC/Pj5M8vq7VT0lCcdePFYL/SvZTt7jtYuc6daW9J1G5SVTOuW+K9SnVt4ygpfYs/HxynXpwyvHWdBKdhdTUalaPbZ7tvV7mfTe+L0R6nUto0abeN2MU/JJJHg/Rjo9C7qVt51F2EYzj2ct2W82+eNOB6PtPpJKOyryFRvtqFLcjOTzKcZd2Lb5vgmZ3VMbxlnnb8vEdrXfb3Fet/WVJSXpnT6YMVOAo08JIzKLN5GDFVpN8DHGk+ZcUTJGHiOJ1gpQM26FOJJlTjFumOSM0jFMKtbF21XsqqrW83Ca+JfgnH9GS5o+idibSV3a0LmK3VWpxnu+Da1XzyfMkn8XyPoLqxlnZNn+rNfKcjHZI7xdIyLJMiYuiYmNiYEWhDyIAAAA+YgEmGT2MgyIyLYGTJfoy3Ixz8MtX6v8jXQWWl54+Zs7hZ05JYRKJSkRlw9GU1VcdJfDyZnjUTT9ClWYgyNN5RLJXNQkRaJAQjFT/EvPPzIk3HEl5ohMOmGqjAkWZlbmFj6X6EbQncbKsYUm9921OFSp+i4rdaXnoD6PSot6uSeuXxy/E13UTddpszcfGjXqw9tJL7noVxBYZxxevPNt7EhXpzp1FpKLSeOD5P5nlyoypRrUZ/HSlh+nJ+6PfLujCNKvVm92FKDnKXDCistnztU2q7m6rzkt5VZ6LLWIJ4is+hpq9XjbXa6nqvq4q3kcZlOFJL2lL95n60KHY20Y579arFPl3Yvfa+hl6rrWML+pBf0lFtZfOMlz9yv13XK/hFtbxeVTpTqS/WqSSX0ixnj7ZbOzJ5lFaliCMVMsRRHBbmSU9F6vH7xpGGvPXHgvqEhuYGKBnigqLRXrMtNFS5CRgfw+ryfQ/VtS3dlWS8abl85t/mj56nFNxjndWicuST4v2PqDY9GlC2t4UJKVGNGnGnJcJRUVh+5jsaRlkQMkjGZOiYsgwAQmAmwAAAD5iXIAA9bIiDAAM1n8cP1kX5DACtXWjK9qwAlF604P1MwAVEWAAFRq/h9TFUAAjGV58QAK9z/AMnz/Rbz/io/4UD1Ov8AF/dQAcq5TrMk1se6w2s7ieNMre4Hz1sr/Oe6ADTX8ttb0ToF/ri0/Vrf4bNN1zv+d7jyp2+P+mMDrZ8udv8A04akWIDAzZJRKa5+rGASfCVMsIQARZTq/FH9ZAAXFgrcX+t+TPf+qeTeybfLbxKqll50VSWEAGGz4dx1UzGAGTpFiYAURZFgAEgAAP/Z" alt="Image result for fikret yusifov">

Fikrət Yusifov: “Hazırkı dönəmdə hökumət bütün rıçaqları hərəkətə gətirib qeyri-neft sektorundan ixracın həcmini artırmaq üçün çalışır”.


Bundan sonrakı dönəmdə manatın məzənnəsinin iki amildən asılı olaraq müəyyənləşəcəyini vurğulayan Fikrət Yusifova görə, dünya bazarında neftin qiyməti indiki səviyyədə qaldığı halda manat sabitləşə bilər:

“Manatın məzənnəsində son kəskin dəyişiklik cari ilin fevral ayının əvvəllərində baş verdi. Bu milli valyutanın ikinci kəskin devalvasiyasından ötən müddət ərzində ilk dəfə baş verən kəskin ucuzlaşma idi. Görülən tədbirlər nəticəsində bir neçə gündən sonra manat özünün əvvəlki səviyyəsində sabitləşə bildi. Həmin dövrdən bu günə qədər manatın məzənnəsində əsasən sabitlik müşahidə olunur. Bu sabitliyin əsas səbəblərindən biri də valyuta alqı-satqısı zamanı tətbiq  edilən marjanın ləğv edilməsidir. Marjanın götürülməsi milli valyutaya “qara bazar” vasitəsilə edilən əsassız təzyiqlərin də aradan qaldırılması demək oldu. Manatın məzənnəsinin bundan sonrakı dönəmdə özünü necə apara bilməsi iki amildən - ölkəyə qeyri-neft sektorundan daxil olan valyutanın həcmindən və neftin dünya bazarlarındakı qiymətlərinin səviyyəsindən asılı olacaq. 

Əgər real sektordan ixrac potensialımızı proqnozlaşdırdığımız səviyyədə genişləndirə bilsək və dünya bazarlarında neftin  qiymətləri ən azından indiki səviyyədə qalsa, bu halda manatın sabitliyi təmin edilə biləcək. Hazırkı dönəmdə hökumət bütün rıçaqları hərəkətə gətirib qeyri-neft sektorundan ixracın həcmini artırmaq üçün çalışır. Bunun üçün imkanlar da kifayət qədərdir. 

Neftin qiymətlərinə gəldikdə isə onun bu ilin sonuna qədər 50-55 dollar arasında olacağı daha çox gözləniləndir. Ona görə də İqtisadiyyat Naziri cənab Şahin Mustafayev o cür  fikirlər səsləndirib və bu proqnozlar üzünü doğruldarsa, cənab nazir haqlıdır”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar