Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maltanın baş naziri SOCAR-a təşəkkür edib


Maltanın baş naziri Cozef Muskat ölkənin enerji həyatında yaxından iştirak edən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) təşəkkürünü bildirib


Bunu o, aprelin 24-də Maltanın Marsaşlokk şəhərində təsisçilərindən biri “SOCAR Traiding” olan “ElectroGas Malta” şirkəti tərəfindən inşa edilən qaz terminalı və elektrik stansiyasının açılış mərasimində çıxışı zamanı deyib.

Baş nazir son üç il ərzində aparılan enerji siyasəti sayəsində ölkədə yoxsulluğun səviyyəsinin iki dəfə azaldığını diqqətə çatdırıb:

“Cəmi üç il ərzində yerinə yetirdiyimiz enerji siyasəti sayəsində ölkəmizdə yoxsulluğun səviyyəsini iki dəfə azaltmağa nail olduq. Hökumət son bir həftə ərzində mütəmadi olaraq xalqın qarşısına çıxıb və gördüyü işlərin hesabatını verib: yerinə yetirdiyi sözlərlə, reallaşdırdığı arzularla, yoxsulluq səviyyəsini iki dəfə azaltmaqla, büdcə kəsirini aradan qaldırıb cəmi bir il ərzində 8 mln. avro prifisitə çevirməklə, əvvəlki qanunverici orqanın səlahiyyət dövründə yığılmış dövlət borcunu silməklə. Bu onu göstərir ki, siz eyni zamanda, həm iqtisadi cəhətdən səlahiyyətli, həm də sosial cəhətdən məsuliyyətli ola bilərsiniz. İnanıram, Malta xalqı başa düşür ki, bu hökumət səhvlər edir, bəzən də böyük səhvlər buraxır, lakin o həm də xeyli yaxşı iş görür. Xalq başa düşür ki, biz istiqaməti uğurla dəyişmişik”.

Cozef Muskat daha sonra Maltanın enerji siyasətinin həyata keçirilməsində əməyi olan şəxslər və tərəfdaş şirkətlərə, o cümlədən SOCAR-a minnətdarlıq edib:

“Mən sözlərimi nazir Mizziyə gördüyü işə və bu layihəyə uğurla rəhbərlik etdiyinə görə təşəkkür etməklə bitirmək istəyirəm. “Enemalta” şirkətinin rəhbərliyinə dövlət şirkətinin ən yüksək, fərdi şirkətlərin belə həsəd aparacağı iş standartını nümayiş etdirdiyinə görə təşəkkür edirəm. Baş verənlərdə əminliklə iştirak edən və ölkədəki rəqabət mühitinə baş vuran “Electrogas” şirkətinə minnətdaram. Bütün tərəfdaşlara, “Siemens”, SOCAR və hər bir iştirakçıya təşəkkür edirəm. Çox sağ olun”. (report.az)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar