Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maldiv adaları uğrunda Çin-Hindistan rəqabəti - Təhlil


Pekin bu bölgədə 17 ada alıb, Dehli isə nə edəcəyini bilmir


Brahma Çellani

“Project Syndicate”

****

Maldiv adaları – mindən çox möhtəşəm mərcan adalarını əhatə edən Hind okeanının gözəl ölkəsi – bütün dünyada rahatlıq və lüks səyahət yeri kimi tanınır. Ancaq hazırda bu ölkə siyasi böhran keçirir. Elə ciddi bir böhran ki, beynəlxalq məsləhətçilər ora səyahəti tövsiyə etmirlər.

2013-cü ildə prezident Abdullah Yaminin hakimiyyətə gəldiyi gündən Maldivdə qanunun aliliyi davamlı olaraq pozulur. Onun Ali Məhkəmənin yekdil qərarını yerinə yetirməkdən imtinası ilə bu ayın əvvəlində vəziyyət kəskinləşib.

Yamin 9 müxalifətçini, o cümlədən sabiq prezident Məhəmməd Nəşidi terrorizmdə ittiham edib və bu şəxslər barədə hökm çıxartdırıb. Cəzaları ləğv edənləri azad etmək əvəzinə, Yamin fövqəladə vəziyyət elan edib və Ali Məhkəmənin beş hakimindən ikisini, o cümlədən baş hakimi həbs etdirib.

Əlbəttə, avtoritarizm Maldiv üçün yeni hal deyil. Həqiqətən, Nəşid – 1965-ci ildə Britaniyadan müstəqillik qazandıqdan sonra ölkənin yeganə demokratik seçilmiş, qeyri-avtoritar prezidenti idi. Onun iqtidarı üç il davam edib – ta 2012-ci ildə silahlı təzyiqlə istefa verməyə məcbur olunana qədər.

Amma Maldiv adalarının siyasəti radikal İslamla yaxından bağlı olduğu üçün getdikcə daha da pisləşir. Nəşidin devrildiyi gün islamçılar Maldivin əsas muzeyində misilsiz buddist və hindu heykəllərini parçalayıb və ölkənin İslamdan əvvəlki köklərinə dair bütün sübutları siliblər. Suriyaİraqdakı terror qruplarını dəstəkləmək üçün (adambaşı sayına görə) ən çox xarici döyüşçü də məhz Maldivdən göndərilib.

Üstəlik, Maldiv adaları Hind okeanında mühüm yükdaşıma məkanı kimi tanınır və bu, təhlükəsizlik sarıdan onu vacib coğrafi nöqtə halına gətirir. Nəticədə, ölkənin pisləşən siyasi şərtləri getdikcə beynəlxalq ictimaiyyətin diqqətini çəkir. ABŞ-dan Hindistana qədər bütün demokratik qüvvələr BMT-nin böhrana müdaxilə etməsinə çağırış edir, eyni zamanda, Çin Hind okeanında öz maraqlarını inkişaf etdirmək istəyərək, Yamini müdafiə edir.

Hindistanın ölkənin əsas regional ortağı olduğu keçmişdən bu günə Çin və Maldiv arasında getdikcə daha da sıxlaşan əlaqələr əhəmiyyətli dəyişiklik meydana gətirib. Maldiv əhalisi əsasən Hindistan və Şri-Lanka mənşəli olduğundan, ada sakinləri həmin ölkələrlə güclü mədəni və iqtisadi əlaqələrə malikdirlər.

Bu dövlət ənənəvi olaraq Hindistanın təsir dairəsi kimi nəzərdən keçirilib. Lakin son illərdə Çin, Hindistanın Maldivdəki nüfuzunu "inci sapı" – Hind okeanında Çinə məxsus hərbi bazalar və iqtisadi layihələr zənciri qurmaqla qırır.

Bu yaxınlarda Şri-Lankanın Hambantota limanını 99 illik müddətə icarəyə götürməsi kimi, Nəşidin razılığı ilə, Çin investisiya məqsədləri üçün ağır borcu olan Maldivdə 17 ada əldə edib. Strateji məqsədlərinə uyğun olaraq Çin Maldivə döyüş gəmiləri göndərib. Himalay sərhədi boyunca Hindistana qarşı hərbi təzyiqləri gücləndirmiş rəsmi Pekin Maldiv adalarından dəniz bazası qurarsa, Çin növbəti mərhələyə keçərək qonşusunun strateji qütbündə Hindistana əleyhinə yeni bir dənizçi cəbhəsi açmış olur.

Maldiv böhranı – Hindistan üçün müəyyənedici bir andır. Nəşid və digər maldivli müxalifət liderlərinin tələb etdikləri kimi, Hindistan adalara hərbi müdaxilə edəcəkmi və ya Yamin bölgədə Çinin strateji məqsədlərini yerinə yetirməyə davam edəcəkmi?

Maldiv adalarına hind hərbi müdaxiləsinin bir neçə nümunəsi var. 1988-ci ildə Hindistan maldivli bir iş adamı tərəfindən silahlıların, xüsusilə şri-lankalı tamil separatçılarının köməyi ilə avtokratik Məumun Əbdul Qəyyumu devirmək təşəbbüsünün qarşısını alıb. Hindistanın sürətli hərbi hərəkatı sayəsində Qəyyum daha 20 il iqtidarda qalıb.

Lakin 2012-ci ildə ofisi mühasirəyə almış ölkənin ilk və yeganə demokratik yolla seçilmiş prezidenti islamçı qüvvələrdən xilas olmaq üçün Hindistandan kömək istədikdə, Dehli üzünü yana çevirib. Hindistan hökuməti Nəşidin timsalında Çinlə əlaqəsi olan xəyanətlərdən pərişandır. Çinə ilk infrastruktur müqavilələrini verən yalnız Nəşid deyil. Amma devrilməsindən 3 gün əvvəl o, paytaxt Male şəhərində yeni Çin səfirliyinin açılışını edib. Hindistanın ovaxtkı baş naziri Manmohan Sinqh regional zirvədə iştirak etmək üçün adalara gələrkən…

Bu gün Hindistanın müdaxiləsi riskli ola bilər, çünki heç bir qanuni hakimiyyət Hindistandan hərbi qüvvə göndərməyi xahişi etmir. Halbuki hind paraşütçülər bir neçə saat ərzində Maleyə nəzarət edə bilərlər. Ancaq nəticə nə olacaq?

Maldiv iqtisadiyyatına və siyasətində üstün mövqedə olan bir çox güclü ailələr arasında islamçı təsirin yüksəlişi, siyasi meyllərin dəyişməsi demokratik azadlıqları qoruyan daha etibarlı müttəfiqlərin tapılması baxımından çətin bir problem kimi görünür.

Bundan başqa, hətta Yamin də devrilsə və ölkədə demokratik seçki keçirilsə də, Çin təsirinin azalma ehtimalı yoxdur. Banqladeş, Myanma, Nepal və Şri-Lankanın təcrübəsi göstərir ki, Çin demokratik şəkildə seçilən hökumətlərlə də əlaqədə olarkən belə, diplomatik dabanı bərk basır. Həqiqətən, Maldivdə də Nəşidə bu cür təzyiq göstərilib. Ölkənin borcu artacaq, liderin kimliyindən asılı olmayaraq, Çin sevimli “qorxu alətləri”ni saxlayacaq. Maldivə yaxınlığı və tarixi əlaqələri ilə Hindistan çox güclü bir imkana sahibdir. Lakin hərbi müdaxilə dəyişkən siyasi vəziyyəti daha da ağırlaşdıracaq və Dehli bir çox şeyləri itirəcək.

Hindistan üçün ən yaxşı seçim – digər demokratik güclərlə birlikdə iqtisadi sanksiyaları tətbiq etməklə, Yaminə dəstək verən, bir çoxları boşalmış lüks kurortlara sahib olan Maldiv elitasını parçalamaqdır.

Bununla yanaşı, bəlkə də beynəlxalq birlik bu ilin sonuna planlaşdırılan prezident seçkilərinin ədalətli və əhatəli olması üçün BMT nəzarətini təmin edə bilər. Bu, böhrana son qoymaq və Hind okeanındakı cənnətdə sülhü bərpa etmənin yeganə yoldur. (strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar