Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mahmudovun Polşada böyük biznesi tapılıb– Ona “Böyük zabit” ordeni niyə verilib?


Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun təkcə ölkə daxilində deyil, xaricdə də biznesinin olduğu barədə hələ bir müddət əvvəl məlumat yaymışdıq


Həmin məlumatda bildirilirdi ki, Eldar Mahmudov xaricdə İran Güney Azərbaycandan olan iş adamları ilə şərikli iri biznesi var. 

Eldar Mahmudovun himayə etdiyi güneylilərin böyük bir şəbəkəsi var və onların hansının İran dövləti ilə əlaqələrinin olub-olmadığı da bilinmir. Bu adamlardan bəzilərinin İran vətəndaşlığı var, bəziləri isə mühacirlərdir.

Keçmiş nazirin yaxın dostlarından biri də əslən Güneydən, Zəncan şəhərindən olan, hazırda isə Kanadanın Vankuver şəhərində yaşayan “Meyn Dvelopment Ltd.” şirkətinin təmsilçisi Kazım Əsgəridir. Kazım Əsgəri Eldar Mahmudovun tikinti işlərinə nəzarət edib. Ola bilər ki, indi də həmin işlər onun nəzarəti altında olaraq qalır, amma patron dəyişib.

Kazım Əsgəri Eldar Mahmudovla təkcə iş ortağı olmayıb, həm də bu münasibətlər şəxsi dostluğa çevrilib və bu dostluğun hansısa təmənnalar üzərində qurulmadığını iddia edə bilmərik. Bu dostluğun dəlillərindən də biri budur ki, onların hətta Badamdardakı villaları da qonşudur.

Dünən əldə etdiyimiz məlumata görə, Eldar Mahmudoun Polşada da iri biznesi var. İddialara görə, keçmiş nazir bu ölkəyə iri yatırım qoyub. 2009-cu ildə Polşa prezidenti Lex Kaçinskinin sərəncamı ilə Eldar Mahmudovun “Böyük zabit” ordeni ilə təltif edilməsinin kökündə də bu amil dayanır. Məlumatda bildirilir ki, Eldar Mahmudovun Polşadakı biznesinə əsasən otellər, istirahət mərkəzləri daxildir.(azadlıq.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar