Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mahmudovla Məmmədovu birləşdirən “halqa” ortaya çıxdı

Hər iki nazir iqamətgahlarında böyük intizarla məhkəmələrin yekunlaşmasını gözləyir


Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdiriləndən sonra işsiz qalan Ziya Məmmədov ölkə sərhədlərini aşa bilmir. Sabiq milli təhlükəsizlik naziri, 2015-ci ildə qəfil əməliyyatın sonucu olaraq işsiz qalan Eldar Mahmudovun da eyni vəziyyətdə olması haqda məlumatlar var. 

Hər iki nazir zamanında hakimiyyət komandasının nüfuzlu üzvlərindən idilər. İndi isə onların hər ikisi işsizdir, rəhbərliyində təmsil olunduqların ölkədə faktiki girova çeviriliblər. Bununla belə, onların aqibətini yaşayan nazirlərin bir çoxunun taleyinə baxanda Ziya Məmmədovla Eldar Mahmudovun durumları o qədər də fəna görünmür.

Ziya Məmmədovun barəsində olan məlumat bundan ibarətdir ki, doğulduğu Ucar rayonundakı villasında günlərini keçirir. Ara-sıra Göyçayda geniş ərazini əhatə edən dəbdəbəli, vertolyot meydançasına malik bağına baş çəkir. Darıxanda Qubaya, oradan da Bakıya gəlib gəzib-dolaşır. 

Eldar Mahmudovun isə belə hərəkətliliyi haqda məlumat yox dərəcəsindədir. Nardarandakı iqamətgahında komandasının üzvləri olmuş generalların məhkəməsini izləyir. Onun rəhbərliyi altında 11 il fəaliyyət göstərən, hazırda ən müxtəlif ağır cinayətlərin törədilməsi ittihamı ilə məhkəmə qarşısına çıxarılan generalların, şöbə rəislərinin və istintaqçıların işləri üzrə proseslərin yekunlaşmasını gözləyir. Yada salaq ki, hazırda Sabunçu Rayon Məhkəməsində “MTN işi” üzrə bir neçə dəstənin işinə dair proses keçirilir. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, onunla birlikdə həbs edilən 4 MTN əməkdaşının və digər dəstənin - MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesləri yekunlaşmaq üzrədir.

Ziya Məmmədovun həyatını ağırlaşdıran, onu intizarda qoyan məhkəmə işi də var. Amma ölkəmizdə deyil, İsveçdə keçirilir. İsveç prokurorlarının Kanadanın “Bombardier” şirkəti əməkdaşının digər əməkdaşlarla əlbir olmaqla, 340 milyon dollarlıq müqavilə bağlamaq üçün “Azərbaycan məmurunu ələ almaq barədə” rəsmi ittiham irəli sürüb. Stokholm bölgə məhkəməsində azərbaycanlı məmurları rüşvətlə cəlb etdiyinə görə Kanadanın “Bombardier” nəqliyyat şirkətinin İsveç şöbəsinin əməkdaşı, Rusiya vətəndaşı Yevgeni Pavlovun məhkəməsi davam edir.

 “Bombardier”in Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqavilə səbəb olub. Müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura o zaman Arif Əsgərov rəhbərlik edirdi. Nəqliyyat naziri postunu isə Ziya Məmmədov tuturdu. Araşdırmanı əvvəlcə İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP birgə aparıb. Jurnalistlər aşkara çıxarıblar ki, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür.

 Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasənda həyata keçirilir. Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950" siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin ”Multiserv Overseas" şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır. İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizmi sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb. Məhkəmə davam edir və davam etdikcə Z.Məmmədovun barəsində də faktların ortaya çıxma ehtimalı qalır.

Zamanında Eldar Mahmudov Ziya Məmmədovun çökdürülməsi üçün çox çabalar göstərib. Onun ətrafında müəmmalı ölüm işləri baş verib, gizli danışıqları mətbuat səhifələrinə çıxarılıb. Yol-yeyinti faktları, böyük korrupsiya əməlləri də mətbuatdan gizli qalmayıb. Eldar Mahmudovun oliqarx-nazirin çökdürülməsi planını gerçəkləşdirmək üçün onun ən yaxın çevrəsinə qarmaq atıb. Amma Ziya Məmmədovu çökdürmək iqtisadi inkişaf naziri Fərhad Əliyev və səhiyyə Əli İnsanov, onlardan sonra maliyyə naziri Əvəz Ələkbərov, Fərhad Əliyevi kreslosunda əvəzləyən Heydər Babayevi yıxmaq qədər asan olmadı. Çərxi-fələk başqa cür dövran etsəydi, proseslər Eldar Mahmudovun planları üzrə getsəydi, bu gün nə o, nə də Ziya Məmmədov eyni aqibəti bölüşmürdülər. Hər iki eks-nazir bu gün faktiki olaraq ölkə dustağıdır. Hər iki nazir 500 kilometr uzunu, 500 kilometr eni olan Azərbaycan adlı ölkənin sərhədlərini aşa bilməz.

Bu da yeni dövrün qeyri-rəsmi qətimkan tədbiridir. Gəz dolan, puldan xərclə, amma ölkədən çıxa bilməzsən. Əslində böyük dərddir. Vaxtında şəxsi təyyarəsi olan biri indi ölkədən çıxa bilmir, xaricdəki cəh-cəlalına baş çəkmək imkanından məhrumdur. 

Hər iki şəxs nazirlikləri dövründə Azərbaycanın iqtisadi qüdrətinin artmasını önləyən, hər addımda büdcə pullarını ələ keçirməyə hazır mövqedə olublar. Büdcə pulları, sahibkarların talan edilməsindən dolayı böyük varidata sahibdirlər. Ölkədə əldə etdikləri böyük pulları çox-çox uzaq diyarlara aparıb oraların vətəndaşlarına iş yeri, şərait qurublar. Azərbaycanda isə həmin pullarla qurulmalı olan yollar, layihələr batıb, vətəndaşlar işsiz-güc ardınca Rusiya çöllərinə düşüblər. 

Bu gün Ziya Məmmədov da, Eldar Mahmudov da ölkə dustağıdır. Onları birləşdirən hazırda budur.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ən çox oxunanalar