Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mahmud Əhmədinejadın növbəti zarafatı – Qudaların vahid namizədi


Eks-prezidentin kukla teatrı


Seçkilər ərəfəsində sabiq İran prezidentinin adı siyasi çevrələr və mediada tez-tez hallanır. Elə bil özünü okeanda damlaya bənzədərək “Mən İran xalqının xidmətçisiyəm, heç bir siyasi partiya və ya qrupu, yaxud namizədi dəstəkləmirəm”, – deyən Mahmud Əhmədinejad deyildi…

Rəsmi olaraq hazırda elmlə məşğul olduğu deyilən eks-prezident indi kukla oyadan rolundadır. Üçüncü dəfə namizəd olmasına ən yüksək səviyyədə sədd çəkilən M.Əhmədinejad kulislərdə sabiq müavini Həmid Bəqayinin təbliğatını aparır.

Bu arada o, xələfini – Həsən Ruhanini də sərt tənqid etməkdən çəkinmir və özü də hazırkı iqtidar təmsilçiləri tərəfindən avantüraçı, əcaib xarici siyasət yürüdüçüsü və israfçı kimi damğalanır.

Məsələn, İranın birinci vitse-prezidenti İshaq Cahangiri M.Əhmədinejadı OPEC qiymətlərinin yüksək olduğu dövrdə 950 milyard $ neft gəlirini israf etməkdə və səkkiz ildə inflyasiyanı 41%-ə çatdırmaqda suçlayıb. Bunu deməklə ürəyi soyumayan İ.Cahangiri iqtidarının iki dönəmində korrupsiyanı zirvəyə yetişdiyini söyləməklə, M.Əhmədinejada od qoyub.

Bu çılğın bəyanatlar eks-prezidenti İ.Cahangiriyə qarşı şikayət verməyə sövq etsə də, İran məhkəmə sistemi iddianaməni rədd edib.

Qudalar iqtidarının aqibəti

Bir çox analitiklər deyir ki, 2005-ci ildə prezident seçilən Mahmud Əhmədinejad 2009-2013-cü illərdə ikinci dönəmin Əhmədinejadından çox fərqlənirdi.

Doğrudan da əvvəllər Ərdəbil və Tehranda valilik edən eks-prezident ilkin mərhələdə çox cazibədar idi. Bəstəboy, arıq və zahirən sadəlövh görünüşlü siyasətçinin mühafizəkar qanadda böyük dəstəyi vardı. Üstəlik özündən əvvəlki (uğursuz Bənisədr və nakam Rəcai istisna olmaqla) və sonrakı prezidentlərdən fərqli, o, ruhani cübbəsi olmayan yeganə dövlət başçısı idi.

Birinci dönəmində mərhum Haşimi Rəfsəncaniyə qalib gələn, ikinci dönəmində isə Mir Möhsün Musəvini ovcunu yalamağa məcbur edən Mahmud Əhmədinejadın bir sıra qərarları indi gülüşlə xatırlanır. Məsələn, Londonda rəsmi səfərdə ikən xarici işlər naziri Mənuçöhr Müttəkini işdən çıxarması.

Dəstək xallarını itirməsinin bir çox digər səbəbləri də vardı. Bu zaman kəsimində onu gözdən salan həm qudası (gəlini tərəfdən), həm də birinci müavini İsfəndiyar Rəhim Məşai oldu. İslam ideologiyasını milliyyəçi düşüncəyə dəyişməyə çağıran, hətta “İranın yəhudi xalq ilə tarixi dostluğu”na dair ağzından söz qaçıran Məşai də 2013-cü ildə namizədliyini elan etdi, lakin Nəzarətçilər Şurasının ələyindən keçmədi.

Prezidentliyə namizədin müəmmalı həbsi

Fevralın 20-də İranın sabiq vitse-prezidenti və Mədəni İrs Fondunun rəhbəri Həmid Bəqayi namizədliyini irəli sürəcəyi barədə bəyanat verdi. Lakin onun da Əhmədinejad və Məşai kimi eyni aqibətlə üzləşməsi ehtimalı böyükdür. Ən azı 2015-ci ildə həbs edilməsinə görə.

Həbsin dəqiq səbəbi müəmmadır, lakin H.Bəqayinin M.Əhmədinejadın ikinci dönəmində qanun pozuntularına yol verildiyinə dair şayiələr dolaşır.

Nəzarətçilər Şurasının onun namizədliyini qeydə almayacağına dair söz-söhbəti islahatçıların dedi-qodusu adlandıran H.Bəqayi fevralın 21-də “Twitter”də yazdı: “Böyük İran milləti! Qanuna zidd heç bir əməlim və Nəzarətçilər Şurasının məni kənarlaşdırması üçün heç bir səhvim yoxdur”.

Rəqib düşərgədə deyirlər ki, Bəqayinin namizədliyinə dəstək Əhmədinejadın qisas planıdır. Sabiq vitse-prezident də deyib ki, Mahmud ağa onun iqtidarında yer alacaq.

Əbdülrza Davari, Əhmədinejada yaxın siyasətçi indidən coşqulu “tweet” atıb: “Heç bir şübhə yoxdur ki, 12-ci prezident seçkilərində mühəndis Həmid Bəqayinin qələbə xəbərini eşitdikdən sonra şənbə günü, 2017-ci il mayın 20-də biz işə başlayacağıq”.

Tarixin təkrarlanma ehtimalı

Hüccətül-islam Əbdülvahid Musəvi Lari, 2005-ci ilədək daxili işlər naziri “ILNA”ya müsahibəsində deyib ki, “Əhmədinejad özünün bütün siyasi təsir vasitələrini yandırıb”. Və əlavə edib: “Həmid Bəqayini dəstəkləməsini isə Əhmədinejadın növbəti zarafatı kimi qəbul etmək lazımdır”.

Vitse-prezidentin namizədliyinə istər mühafizəkar, istərsə də islahatçılar qanadında münasibət məhz belədir. Lakin hazırda H.Bəqayinin dəstəkçiləri arasında olan İsfəndiyar Məşai deyir: “Bəzi cənablar Bəqayinin namizədliyini zarafat hesab edir. 2005-ci ildə də Əhmədinejadın namizədliyi zarafat hesab edildiyi kimi”.

Doğrudan da 2005-ci ilin prezident seçkilərində bütün müşahidəçilər Ayətullah Əli Əkbər Haşimi Rəfsəncanini məğlub edən Əhmədinejadın qələbəsini böyük təəccüblə qarşılamışdılar…(strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar