Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mağazalardan oğurluq edən dəstə üzvləri saxlanıldı


Daxili işlər orqanları tərəfindən ümumən cinayətkarlığa, o cümlədən ayrı-ayrı sahibkarlara məxsus ticarət obyektlərindən pul, tütün məmulatları və digər qiymətli əşyaların oğurlanması hallarına qarşı mübarizə istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, cari ilin sentyabrın 21-də naməlum şəxslər Siyəzən rayonunda İsgəndər İsgəndərova məxsus mağazanın şüşəsini sındıraraq obyektə daxil olub, oradan pul, tütün məmulatları və digər əşyalar oğurlamaqla zərərçəkənə ümumilikdə 2400 manat ziyan vurublar.

Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Emin Muradov, Tovuz rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - Eşqin Ələkbərov və Elşən Novruzov tutularaq istintaqa cəlb olunublar. Saxlanılan zaman onlara məxsus idman çantasından cinayətdə istifadə etdikləri maskalar, metal linglər və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar götürülüb.

Araşdırma zamanı dəstə üzvlərinin törətdikləri başqa cinayətlərin də üstü açılıb. Belə ki, onlar ifadələrində Tovuz rayonunda da 2 mağazadan oğurluq etdiklərini də etiraf ediblər.

Qeyd edilən faktlarla bağlı Siyəzən Rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Ən çox oxunanalar