Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mafioz həbsdən buraxılmağa görə restoranda ziyafət verdi və həbs olundu


Moskva regionuna tərəvəzin, meyvələrin və göyərtinin təchizatı üzrə ən iri “kölgə” oyunçularından biri, kriminal aləmdə “Pokrovka Məhərrəm” kimi tanınan Məhərrəm Həsənov azadlıqda bir həftədən az olub


Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, “qanuni oğru” Rövşən Lənkəranskinin klanının nümayəndəsini ev dustaqlığında qalma qaydalarını pozduğu üçün təkrar həbs ediblər.

Xatırladaq ki, aprelin əvvəlində Həsənov dələduzluqda ittiham olunaraq saxlanılmışdı. Sonradan məhkəmə onun barəsində ev dustaqlığı qərarı çıxarmışdı. Lakin azadlığa çıxan kimi Həsənov elə həmin axşam bu hadisənin şərəfinə restoranda ziyafət təşkil edib. Dostlarını başına yığaraq, dəstəyə görə təşəkkürünü bildirib və heç ağlına da gətirməyib ki, restoranda aparılan videoşəkiliş onu yenidən barmaqlıqlar arxasına aparacaq. Bu azmış kimi, o, İstintaq Komitəsindən gələn çağöırış vərəqələrinə də reaksiya verməyib.

Rusiyanın paytaxtında Azərbaycanın bu yetirməsi müxtəlif meyvə-tərəvəz bazalarında “briqadir” olub, oraya gələn yük maşınlarından və ticarətçilərdən “xərac” alıb. Ona tabe olmayanları isə başlarına gələcək problemlərlə təhdid edib. Bu cür fəaliyyət “Pokrovka Məhərrəm”ə 200 milyon rubl gəlir gətirib. İstisna deyil ki, irəli sürülmüş ittihamlara başqaları da əlavə olunacaq – xəfiyyələrin versiyasına görə, Həsənov sanksiyaların təsiri altında olan ərzağın qeyri-qanuni təchizatı ilə məşğul olan mütəşəkkil cinayətkar dəstəyə başçılıq edib. Qruplaşmanın digər üzvləri hazırda axtarışdadır.

Əvvəllər bildirildiyi kimi, bir vaxtlar Həsənov Biryulyovodakı Pokrovka meyvə-tərəvəz bazasında “nəzarətçi” (смотрящий) olub və “qanuni oğru” Rövşən Canıyevin (Lənkəranski) yaxın ətrafına daxil olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar