Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Macarıstan prezidenti səfirimizi ordenlə təltif etdi


Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevin Macarıstan prezidentinin fərmanı ilə təltif edildiyi “Xidmətlərinə görə” ordeninin bu ölkənin Xarici İşlər və Ticarət nazirliyində təqdim olunma mərasimi təşkil edilib


Səfirlikdən verilən məlumata görə, tədbirdə ilk olaraq açılış nitqi ilə çıxış edən XİN-in Dövlət katibinin müavini Jolt Çutora səfirin məhz Azərbaycanla Macarıstan arasında siyasi, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi sahəsində xidmətlərinə görə bu Ordenlə təltif olunduğunu bildirib. 

J.Çutora V.Quliyevlə tanışlığının 20 ilə yaxın tarixi olduğunu söyləyərək xatirələrini bölüşüb, Azərbaycanın ictimai-siyasi həyatında, dövlət idarəçiliyi sistemində xüsusi xidmətləri olmuş, elm və ədəbiyyat sahəsində öz sözünü demiş və yüksək insani keyfiyyətlərə malik belə bir diplomatla, alimlə münasibətlərinin dostluğa çevrilməsindən məmnunluğunu ifadə edib.

Sonra, XİN-in Mərkəzi Avropa və Şərq departamentinin direktoru Antal Heizer çıxış edərək, V.Quliyevin Azərbaycanla Macarıstan arasında əlaqələrin inkişaf etdirilməsindəki rolundan geniş bəhs edib və səfirin Macarıstan prezidenti tərəfindən belə yüksək ordenlə təltif edilməsinin bu xidmətlərin nəticəsi olduğunu diqqətə çatdırıb.

Departament direktorunun çıxışının ardınca Macarıstanın “Xidmətlərinə görə” ordeni səfirə təqdim olunub.

Daha sonra V.Quliyev çıxış edərək, ona göstərilən yüksək etimada görə Macarıstan prezidentinə, hökumətinə, o cümlədən Xarici İşlər və Ticarət Nazirliyinə öz minnətdarlığını ifadə edib.

İki ölkə arasında əlaqələrin mövcud durumu ilə bağlı fikirlərini bölüşən səfir son dövrlər münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ilin noyabr ayında Macarıstana və Macarıstanın Baş naziri Viktor Orbanın 2016-cı ilin mart ayında Azərbaycana səfərlərinin ikitərəfli əlaqələrin daha da dərinləşməsinə xüsusi təkan verdiyini qeyd edib.

Hazırda iki dövlət arasında yüksək etimada və siyasi dialoqa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayan səfir V.Quliyev əlaqələrin inkişaf etdirilməsində səfirliyin rolundan danışıb və bu istiqamətdə səylərin gələcəkdə daha da artırılacağını vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar