Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTRŞ kanalları tənqid etdi


“Bir çox hallarda aparıcıların verilişlərdə qalmaqalların katalizatoru və təşkilatçısı rolunu oynamaları diqqəti cəlb edir”


“Müşahidələr göstərir ki, belə hallara daha çox əvvəlki dövrlərdə milli-mənəvi dəyərlərə riayət edilməməsi və ya digər qanun pozuntuları səbəbindən apardıqları verilişləri bağlanmış aparıcılar yer verir. Görünür, onlar baş verənlərdən dərs götürməyiblər”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.
 
Onun sözlərinə görə, həmin aparıcılar yenə də əvvəlki amplualarında qalıblar: “Onlar davranışları ilə yanaşı, nitqlərindəki problemlərlə də diqqəti cəlb edirlər. Qeyd edim ki, monitorinq qrupu tərəfindən bu cür hallar mütəmadi olaraq qeydə alınır, müvafiq hesabatlara salınır. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, bu cür halların kütləvi şəkildə baş verməsinə imkan verilməyəcək”.
 
Şöbə müdiri qeyd edib ki, yeni yayım mövsümündə efirin ümumi mənzərəsi barədə tam fikir söyləmək bir qədər tezdir: “Lakin ilkin müşahidələr göstərir ki, yayımçılar əvvəlki mövsümdə efirə getmiş və özünü doğrultmuş layihələri davam etdirməklə yanaşı, bir sıra yeniliklərə də imza atıblar. Əlbəttə, bu, normaldır. Efirdə dinamikanın, yeniliklərin olması təqdirəlayiqdir. Lakin yeni efirə çıxan müzakirə xarakterli, bəzi şou verilişlərdə müşahidə olunan bir çox hallar təəssüf doğurur.

Belə ki, sırf reytinq xətrinə cəmiyyət üçün əhəmiyyəti olmayan mövzularda, məsələn, hansısa rəqqasə və prodüser arasında olan qalmaqal və bunun əsasında efirdə milli-mənəvi dəyərlərə zidd müzakirələrin açılması narahatlıq yaradır. Digər tərəfdən qalmaqallı şəxslərin tez-tez efirə dəvət edilməsi və hətta onlara aparıcılıq həvalə edilməsi və s. hallar başa düşülən deyil və bu, kanalın digər lazımlı verilişlərinə kölgə sala bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar