Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTRŞ-dən “Maşın –şou”ya xəbərdarlıq

“Vulqar ifadələr, küçə danışıq tərzi baş alıb gedir”


“Çox təəssüf ki, “Maşın şou” verilişində iştirakçılar arasında bir-birinə qarşı qeyri-mədəni davranışlar, aqressivlik halları müşahidə olunur. Efirdə ədəbi dillə bağlı problemin aktual olduğu bir şəraitdə şouda vulqar ifadələrdən, küçə danışıq tərzindən istifadənin baş alıb getməsi narahatlıq yaradır”.

Bunu APA -nın sorğusuna cavab olaraq Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib. O bildirib ki, iştirakçılar bir çox hallarda qarşılıqlı yersiz ittihamlara yol verməklə efir etikasına zidd situasiya yaranmasına səbəb olurlar: “Təəssüf ki, aparıcı bu cür halların qarşısının alınmasına çalışmır. Bütün bunlar isə tamaşaçılara qarşı hörmətsizlikdir. Adətən qalmaqallı davranışları ilə tanınan şou-biznes nümayəndələrinin, bəzi jurnalistlərin, aktyor və aktrisaların məqsədyönlü şəkildə şouda iştirakı neqativ hallara səbəb olur”.

Şöbə müdiri qeyd edib ki, şounun iştirakçılarının düzgün seçilməsinə və ümumilikdə şounun teleradio yayımı haqqında qanunvericiliyin tələbləri çərçivəsinə salınmasına ciddi ehtiyac var: “Hiss olunur ki, şounu hazırlayan prodakşn yayımçıya öz şərtlərini diktə etməkdədir. “Maşın şou”da sponsor reklamlarının həddən artıq olması da diqqəti cəlb edir. Şouda bəzən sponsor reklamı qanunvericilikdə müəyyənləşdirilmiş normadan 7-8 dəfə çox verilir. Bütün bunlar monitorinq qrupunun diqqətindədir və müvafiq şəkildə arayışlar tərtib olunur”. 

Qeyd edək ki, “Maşın şou” verilişi ATV telekanalında yayımlanır. Verilişin aparıcısı Murad Dadaşovdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar