Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTRŞ-dən televiziyalarda siqaret və spirtli içkilərin nümayişinə münasibət


Milli Televiziya və Radio Şurası (MTRŞ) televiziya kanallarına tütün məmulatları, spirtli içkilərin istifadəsi, həmçinin yol hərəkəti qaydaları ilə bağlı tövsiyələr verib


Bunu Trend-ə MTRŞ-nın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov deyib.

T.Dadaşov bildirib ki, Azərbaycanda həm teleradio yayımı, həm də reklam haqqında qanunvericiliyə görə, televiziya və radio ilə tütün məmulatlarının reklamı, ümumiyyətlə, qadağandır:

"Monitorinqlər göstərir ki, yayımçılar bu tələblərə riayət edirlər. Lakin televiziyalarda yayımlanan filmlərdə, seriallarda və s. tütün məmulatları və spirtli içkilərin istifadə olunduğu səhnələr yer alır. Yayımçılara çəkilən yeni efir materiallarında, seriallarda, həmçinin filmlərdə də bu məqamlara diqqət yetirilməsi ilə bağlı tövsiyələr verilib. Yayımçılar, əsasən, bu tövsiyələrə əməl etməyə çalışırlar. Lakin həm sovet dövründə, həm də xaricdə istehsal olunan filmlərdə bu cür hallara rast gəlinir ki, bunun da günahkarı kanallar deyil və yayımçıya belə səhnələrə görə ciddi irad tuta bilmirik. Bununla belə, yayımçılar istəsələr, mozaikadan istifadə etməklə həmin səhnələri bağlaya bilərlər".

T.Dadaşov əlavə edib ki, seriallarda, filmlərdə yol hərəkəti qaydalarının pozulması ilə bağlı da yayımçılara tövsiyələr verilib.

Onun sözlərinə görə, hazırda bu sahədə də nöqsanlar əvvəlki qədər kütləvi deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar