Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTRŞ-dan reklamlarla bağlı yeni qayda

Milli Televiziya və Radio Şurası (MTRŞ) yerli televiziya kanallarına qaçan sətirlə yayımlanan reklamın təqdimolunma qaydasını göndərib


Hazırda yayımçılar yeni qaydaların tələblərinə adaptasiya mərhələsindədirlər.
 
MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov Report-a bildirib ki, Nazirlər Kabineti tərəfindən bu il martın 2-də “Qaçan sətirlə yayımlanan reklamın təqdimolunma Qaydası” təsdiq olunub. Həmin Qaydaya görə, televiziya proqramlarında qaçan sətirlə reklamın yayımı xüsusi bildiriş, yaxud “R” işarəsi ilə müşayiət olunmalıdır. Qaçan sətir reklamı TV kadrının aktiv hissəsinin 7%-dən çox sahəni tutmamalıdır. Bu cür reklamın vaxtı ümumilikdə TV-də reklam üçün ayrılmış ümumi vaxta daxildir.

“Bundan başqa, siyasi verilişlərdə, xəbər proqramında qaçan sətir reklamı verilə bilməz. Uşaq və dini verilişlərdə isə alkoqollu içki reklamı subtitrlə verilə bilməz. Matəm günlərində qaçan sətir reklamı yayımlanana bilməz və s.”, - şöbə müdiri deyib.

T.Dadaşov bildirib ki, MTRŞ bu sahədə müəyyən məsələləri nəzərə alır:
 
“Hazırda qeyd etdiyim qayda telekanallara göndərilib. Yayımçılar yeni qaydaların tələblərinə adaptasiya mərhələsindədirlər. Biz burada müəyyən məsələləri nəzərə alırıq. Çünki reklam verənlərlə müqavilələr köhnə şərlərlə bağlanıb.

 Lakin tezliklə qaydaların tələblərinin icra vəziyyətinə ciddi şəkildə nəzarət ediləcək. Əvvəlki dövrlərdə efirin bəzən 30%-dən çox hissəni tutan qaçan sətir reklamlarına rast gəlinirdi. Bu isə tamaşaçının hüquqlarını pomaq, proqramların keyfiyyətli yayımına əngəl törədirdi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar