Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTN generalları Akif Çovdarovun məhkəməsində ifadə verib


Günün ikinci yarısında davam edən proses zərərçəkən "Techmarine LTD” həmtəsisçisi Arif Həsənovun epizodu üzrə davam edib


Lent.az-ın məlumatına görə, məhkəmə haqqında Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib.
 
Prosesdə şahid qismində həbsdə olan MTN generalı Sübahir Qurbanov, polkovnik Füzuli Əliyev və mayor Natiq Əliyev ifadə verib. Onlar ifadələrində  Arif Həsənovun dediklərini təkzib ediblər.
 
Həbsdə olan MTN polkovniki Füzuli Əliyev ifadəsində həmçinin onu göstərib ki, Arif Həsənovdan pul alınmayıb: "Arifin şəriki Səhrab dediyi düzdür. Oğlu və özü liftdə kamera qoymuşdular. İnsanları izləyirdilər".
 
Proses martın 13-də davam edəcək.
 
***

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov, 1-ci idarəsinin sabiq rəisi Səlim Məmmədov, 2-ci idarənin sabiq rəisi Akif Əliyev və 3-cü idarənin 1-ci şöbəsinin sabiq rəis müavini Orxan Osmanovun cinayət işi üzrə məhkəmənin baxış iclası davam edib.
 
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi keçirilən iclas Sabunçu rayon Məhkəməsinin binasında baş tutub.
 
Proses haqqında Çovdarovun vəkili Kamandar Nəsibov məlumat verib.
 
Məhkəmə zərərçəkən "Techmarine LTD” MMC-nin təsisçisi Arif Həsənovun epizodu üzrə davam edib.
 
O, istintaqa ifadəsində bildirib ki, şəriki Səhrab Allahverdiyevdən şübhələndiyi üçün MTN-ə şikayət edib. Daha sonra o, özü MTN-in əlinə keçib. Belə ki, MTN-də ona təzyiq edilib. Oğlu və özünün həbs ediləcəyi bildirilib. Ondan 400 min dollar və ofisini  istəyiblər. O da razılaşıb.
 
Sərhab Allahverdiyev isə istintaqa ifadəsində qeyd edib ki, şərikinin şikayəti üzrə MTN-ə çağırılıb. Ondan 1 milyon pul tələb olunub. Yalnız 1 milyon pulu olmadığını bildirib, tərəflər 500 min dollara razılaşıblar.
 
Məhkəmədə ifadə verən  Səhrab Allahverdiyev isə belə deyib: "Mənimlə bağlı çalışdığım gəmi təmiri ilə məğul olan  "Texmarin LTD" şirkətini Arif Həsənov şikayət etmişdi.  Şikayətində demişdi ki, güya biz İŞİD-in üzvüyük. Amma o və onun oğlu  salamat adam deyil. Onlar gəmilərdən yağı oğurlayıb yerinə su tökürdülər. Liftə kamera qoyub qadınları güdürdülər. Oğlu  qadınlardan birini zorlamışdı".
 
Zərərçəkən şəxs qeyd edib ki, Arif Həsənovun şikayətindən sonra o, nazirliyə çağırılıb. Lakin orada hər hansı təzyiq olmayıb.
 
O, istintaqa verdiyi ifadəni təsdiqləməyib.
 
Proses günün ikinci yarısında davam edəcək.
 
Qeyd edək ki, təqsirləndirilənk şəxslər - Akif Çovdarova Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrumetmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israfetmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələbetmə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri, Səlim Məmmədova həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.1, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri, Akif Əliyevə həmin Məcəllənin 145.3, 179.3.1, 179.3.2, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 313, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri və Orxan Osmanova isə həmin Məcəllənin 145.3, 181.3.1, 181.3.2, 182.3.1, 182.3.2, 302.2, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.2 və 341.2.3-cü maddələri ilə yekun ittihamlar irəli sürülüb.
 
Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Akif Çovdarov, Səlim Məmmədrov, Akif Əliyev və Orxan Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və sair əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub. 
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar