Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTN Cavid Qurbanovun və Ziya Məmmədovun ətrafını araşdırıb? -İlginc iddialar...


Nazir və yaxın ətrafı haqda sensasion faktlar açıqlandı; Əmlaklar və biznes sahələri siyahılaşdırılır, qardaşı oğlu ilə bacısı oğlu da hədəfə alındı


Son aylar nəqliyyat naziri Ziya Məmmədovun ətrafında baş verən müəmmalı proseslər çərçivəsində olduqca sensasion sayılacaq faktlar yayılıb.

PİA.AZ “Reytinq” qəzetinə istinadən xəbər verir ki, şübhəli şəkildə əmək məzuniyyətinə göndərilən nazir Ziya Məmmədovun ətrafında çox ciddi proseslər gedir. Bu proseslər isə hər an Ziya Məmmədovun vəzifədən azad olunması, hətta həbsinə də yol aça bilər.

Məlumatlı şəxsin sözlərinə görə, Prezident İlham Əliyevin son müşavirələrin birində nəqliyyat sahəsindəki xaosdan danışmasından sonra səlahiyyətlərini bir-birinin ardınca itirən Ziya Məmmədovun təkcə özü deyil, həm də bütün qohumlarının, o cümlədən qardaşı və bacısı uşaqlarının adına olan əmlaklar və biznes strukturları ciddi nəzarət altına alınıb:

“İlkin araşdırma zamanı aydın olub ki, Nəqliyyat Nazirliyindəki zəif idarəetmə və külli məbləğdə yeyinti nəticəsində dövlət büdcəsinə çatmalı olan çox böyük məbləğdə vəsaitlər təyinatından yayındırılıb.
Məsələn, vaxtilə Nəqliyyat Nazirliyi sistemində əsas söz sahibləridən biri olmuş Ziya Məmmədovun qardaşı oğlu, keçmiş gömrük əməkdaşı Rövşən Məmmədovun başçılığı ilə şəhər nəqliyyatından, daha dəqiqi, taksi və sahibkarlardan yığılan vəsaitlərin böyük hissəsi rəsmiləşdirilməyərək mənimsənilib. Bu, o qardaşoğlu olub ki, Ziya Məmmədov ona müstəsna səlahiyyətlər verib. Belə ki, yükdaşımadan savayı, bütün avtomobil xidmətlərinin (marsrut xətlərinin uzadılması, bir addan başqa ada keçirilməsi, yeni marşrut xətlərinin açılması, taksi, avtobus və sair sərnişindaşıma xidmətləri, həmçinin lisenziya və fərqlənmə nişanlarının verilməsi və sair)  üzərində söz sahibi olan Rövşən Məmmədov bu sahələrdən yığılan pulların maksimum 25-30 faizini kassaya daxil edib. Bununla da qısa zaman ərzində milyonlarla manat vəsait şəxsi biznes və əmlakların alınmasına yönəldilib. Sözsüz ki, o, bu məsələdə tək olmayıb. Nəqliyyat sektorunda hamı bilir ki, Rövşən Məmmədov bu qanunsuzluqları nazirin bacısı oğlu Davud Əfəndiyev, eləcə də Qasım Qasımov, Mətləb, Sənan, Nurəddin və digər şəxslərlə əlbir həyata keçirib. Təsadüfi deyil ki, bu «kruq»un yarıtmaz fəaliyyəti dəfələrlə sürücülərin haqlı etirazı ilə qarşılanıb».

Nazirin qardaşı oğlu və dəstəsinin «Hafka» ləqəbli iş adamı Hafiz Məmmədovun başına açdıqları oyuna da diqqəti çəkən mənbə bildirir ki, “Bağlan qrup”a bağlı olan «Transqeyt» şirkətinə məxsus böyük kreditlə alınmış 500 ədəd avtobusun yararsız vəziyyətə salınmasında da onların müstəsna rolları olubdur:

«Bu işdə Rövşən Məmmədov, Davud Əfəndiyevlə yanaşı, onlara bağlı olan Sənan İmanov, Nurəddin İsmayilov və başqa şəxslərin hansı rolları oynadıqları da sirr deyil.  Bakının Zığ ərazisində istifadə müddətini vaxtsız başa vurmuş avto-məzarlıqda qısa araşdırma aparsanız, Ziya Məmmədovun bu dəstəsinin dövlətə və iş adamı Hafiz Məmmədova hansı həcmdə zərər vurduqlarınını aydın şəkildə oxucularınıza çatdıra bilərsiniz. Bəli, bu adamlar avtobuslara qarşı belə bir «soyqırım»ın törətməklə, digər bir mərkli planı həyata keçirmək istəyiblər. Belə ki, həmin nəqliyyat vasitələri «Hafka» ləqəbli iş adamı Hafiz Məmmədovun Azərbaycan Beynəlxalq Bank və digər nəqliyyat şirkətləri və sair mənbələrdən kredit və borc müqaviləsi ilə aldığı avtobuslar olub. Burada məqsəd Ziya Məmmədovun rəqibi olan «Hafka»nı kredit «məngənə»sində sıxmaqla, onun “büdrədilməsi”nə nail olmaq idi. Düzdür, onlar «Hafka»yla bağlı məqsədlərinə nail olsalar da, ancaq nəticəsi Ziya Məmmədov üçün də müsbət bitmədi. Çünki nəqliyyat nazirini də bu zərərə şərik olmaq məcburiyyətində qoyan şəxslər tapıldı. İddia edilir ki, nazir bu iş üçün 800 milyon manat ödəmək məcburiyyətində qalıb. Bu məbləğə “BakuBus”un istifadəsində olan muasir avtobusların alınması və ona gorə yaranan kredit faizləri də daxildir». 

Ziya Məmmədovun qardaşı oğlu Rövşən Məmmədovun, Davud Əfəndiyevin və digər qohumlarının korrupsiya əməllərinin izini itirmək üçün tez-tez vəzifələrini dəyişdiyini də sözlərinə əlavə edən nazirlikdəki mənbə bildirir ki, bu yolla milyardların diqqəti çəkməsinin qarşısını almaq istəyiblər. Ancaq yaradılan digər şirkətlərə təyin edilən bacıoğlu, qardaşoğu yenə də əməllərini tərgidə bilməyiblər. Elə Rövşən Məmmədovun «M.Trans» MMC-nin rəhbəri olarkən də böyük pulları “çırpışdırması” haqda deyilənlər də, belə düşünməyə əsas verir:

“”M.Trans” MMC-nin keçmiş rəhbəri, eyni zamanda, şəhər nəqliyyatının keçmiş şöbə müdiri vəzifələrində işləyərkən də, Rövşən Məmmədov rayonlar üzrə nəqliyyat idarələri və avtovağzallardan yığılan vəsaitləri büdcədən yayındırmağı bacarıb. Əmin ola bilərsiniz ki, həmin mənbələrdən böyük məbləğlərdə vəsaitlər əldə edilsə də, Rövşən Məmmədov illər ərzində onun 60-70 faizini büdcədən yayındırıb. Həmin pullar isə şəxsi biznes və əmlakların genişləndirilməsinə, dünyanın müxtəlif istirahət məkanlarında dincəlməyə xərclənib.  

Yeri gəlmişkən, «M.Trans» MMC və onun harada qeydiyyatdan keçirilməsi də maraqlı cəmiyyət üçün sayıla bilər. Bu şirkətin təsiscisi Britaniyanin Vircin adalarinda yaradilan və fəaliyyət gostərən 07.12.2004-cu il tarixdə 628941 sayla “Evro –Amerikan Trust and Management Servise Limited. Road Tovn. Tortola. British Virgin İslands” ünvanında qeydiyyatda olan «Notex İnternational Group”dur. Azərbaycan Ədliyyə Nazirliyi tərəfindən isə burada fəaliyyət göstərməsi üçün 0103-P31-38580 saylı səhadətnamə ilə 14 oktyabr 2003-cü ildə qeydiyyata alınıb. Məmmədovlar bu şirkətlə yanaşı, «Trans-Kontrol» MMC vasitəsiylə də çox böyük korrupsiyaya yol veriblər». 

Mənbə deyir ki, Nəqliyyat Nazirliyindəki maliyyə fırıldaqları Milli Təhlükəsizlik Nazirliyinin də diqqətini çəkib:

“Bu yöndə baş verən cinayət əməllərini araşdırmaq üçün MTN müəyyən araşdırma aparıb, müəyyən şəxsləri sorğu-sual etməyə başlayıb. Yəqin ki, Ziya Məmmədovun öz qohumlarından bəzilərini ətrafından kənarlaşdırması da belə yoxlamardan irəli gəlir. Nazir bununla qohumlarını məsuliyyətdən yayındırmaq istəyir. Ancaq onun belə manevrlərinin bəhrə verəcəyinə inanmıram. O və qohumları barədə “düymə” basılıb. Əminəm ki, Məmmədovlar dövlətə vurduqları zərərin hesabını verəcəklər”.

Məlumatlı şəxsin sözlərinə görə, nazir Zyia Məmmədov məzuniyyətə göndərilməzdən əvvəl nazirlikdə iclas çağırıb:

«Həmin iclasda nazirin yaxın adamlarından biri onu çox ağır sualla üz-üzə qoyub. Həmin adamın adını çəkmək istəmirəm. Ancaq o, nazirə eynən belə bir sual verib: «Sizin çörək verdiyiniz adamllar niyə sizə qarşı naxələf çıxırlar?!Niyə mətbuata gizli məlumat ötürən, rəqibiniz Cavid Qurbanovun qardaşına, yeznəsinə «xod» axtarıb, yenidən vəzifəyə gəlmək istəyən Qasım, Mətləb, Nurəddin,  Sənanı (Bunlar Rövşən Məmmədovun pul yığanları olublar və yuxarıda əməlləri haqda məlumat verilib- «Reytinq»)  tanımırdınızmı? Onların sizə gətirdiyi pullar gözünüzü elə tutmuşdu ki, nəqliyyatda yaranan xaosu, mənimsəmələri görmürdünüz. Elə buna görə də prezident bir-birinin ardınca səlahiyyətlərinizi alan qərarlar verdi».

Sizi inandırım ki, nazir bu suallı çıxışın qarşısında heç bir arqument gətirə bilmədən yayındı. İndisə gedib doğma kəndində oturub. Mətbuatda yazılanlardan belə aydın olur ki, yaxın ətrafını oradakı malikanəsinə yığaraq, toplantı keçirib. Ancaq daha belə toplantı və çıxış yollarını aramağın heç bir mənası yoxdur. O, çox sürətlə qazandıqlarını itirməkdədir. Bunu qardaşı Elton Məmmədovun və digər yaxınlarının yenidən deputat olmaq cəhdinin qarşısının alınması da təsdiq edir. Baxmayaraq ki,  deputat qardaşı geri çəkilməyə məcburiyyətini başqa cür izah edir. Ancaq hamı bilir ki, nazir və yaxın ətrafı son aylar həddən artıq basqı və qorxu içindədirlər. İş o yerə çatıb ki, artıq nazir və yaxın ətrafının əmlaklarını siyahılaşdırmağa başlayıblar».

Məlumatlı şəxs deyir ki, Ziya Məmmədov və onun qohum-əqrabasının hər birinin dəyəri milyonu aşan çoxsaylı villa və obyektləri var: «Əgər qardaşı oğlu Rövşən Məmmədovun Badamdar, Mərdəkan, Hövsan və digər yerlərdəki villasının, onlarla obyektlərinin qiymətini hesablasaq, Məmmədovların dövləti necə talan etmələri aydın görünür. Düşünürəm ki, Ziya Məmmədovun özü və qardaşlarının əmlakı ilə bərabər, qardaşı və bacısı uşaqlarının da varidatının mənbəyi araşdırmaya məruz qalacaq…”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar