Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTN-nin aldatdığı iş adamı ölkəni tərk edir



“Mən artıq ölkəni tərk etmək qərarına gəlmişəm. Cənab Prezidentə məni vətəndaşlıqdan çıxarması üçün müraciət etməyi düşünürəm”


Strateq.az xəbər verir ki, bu sözləri “Eurotikinti” MTK-nın sədri Nəsimi Sadıqov bildirib.

Əməkdaşımızla söhbətində iş adamı qərarının səbəbini ölkədəki bəzi məmurların özbaşınalığı, özünün və ailəsinin təhlükəsizliyi ilə bağlı yaranmış qeyri-müəyyənliklə əsaslandırıb.

Xatırladaq ki, MTN-nə bağlı qüvvələrin aldadaraq mülkiyyətini ələ keçirdiyi və milyonlarla dollar zərər vurduğu Nəsimi Sadıqov hazırda ölümlə təhdid olunur. O, bu barədə müxtəlif dövlət orqanlarına müraciət göndərsə də, indiyədək adekvat cavab ala bilməyib. Hətta Respublika Baş Prokurorluğundan aldığı cavab iş adamını xeyli təəccübləndirib:

“Cavabdan belə çıxır ki, mənim qaldırdığım məsələ mülki iddiadır və prokurorluq orqanları yalnız dövlət mənafeyinin müdafiəsiylə bağlı şikayətlərə baxa bilər və mənə məhkəmələrə müraciət etməyim məsləhət görülür. Halbuki, mənim müraciətim birbaşa dövlətin mənafeyi ilə bağlıdır. Xüsusilə, indiki iqtisadi böhran dövründə, ölkəyə xarici investisiya cəlbinin prioritet hesab olduğu bir zamanda hansısa dövlət qurumunun adından iş adamlarının aldadılması, zərərə uğradılması, milyonlarla dollarının mənimsənilməsi mülki məsələ sayıla bilməz. Bu, birbaşa dövlətin iqtisadi strategiyasına yönəlmiş qəsddir, sabotajdır. Eynilə, sənəd saxtakarlığı, bir iş adamının və ailəsinin ölümlə təhdidi, əmlakının hədə-qorxu ilə ələ keçirilməsi nə vaxtdan mülki məsələ sayılıb? Prokurorluğun cinayət işi başlatması üçün mütləq mənim öldürülməyimmi lazımdır?”

prokuror

N. Sadıqov bu özbaşınalıq şəraitində ölkəyə investisiya yatırmağın mümkünsüzlüyünü əsas gətirərək, sahib olduğu 5 şirkətin işini dayandırmaq haqqında qərar qəbul etdiyini bildirdi.

Onun bildirdiyinə görə, bu şirkətlərdən əksəriyyətini Prezidentin investorları ölkəmizə kapital qoymağa çağırışından sonra təsis edib. Hər biri üçün milyonlarla dollar pul xərcləyib. Ümumilikdə isə Sadıqovun  həyata keçirdiyi layihələrə 10 milyon dollardan artıq pulu gedib: “Mən bu pulları başqaları kimi korrupsiya hesabına qazanmamışam. Gecəmi gündüzümə qatıb Türkiyədə, Rusiyada pul qazanıb doğma ölkəmə yatırmışam. İnvestisiya layihələrimdən biri də cəbhə xəttində yerləşən doğma kəndim Tərtər rayonu Əskiparaya yatırılıb. Kənd sakinlərinin öz el-obasını tərk etməməsi üçün erməni gülləsi altında fermer təsərrüfatı yaratmışam. İndisə həm mülkiyyətimin, həm də özümün təhlükəsizliyinin təminat altında olmadığını görüb canım qədər sevdiyim məmləkəti tərk etmək qərarına gəlmişəm”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar