Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MTN-çilərin intiharında “mahmudovçu”ların izi araşdırılır


Həbsdəki MTN generalı intihar edən polkovnikin qardaşına nə deyib?


Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin(MTN) Antiterror Mərkəzinin həbsdəki rəisi, general Elçin Quliyev həyatına özünəqəsdlə son qoyan 55 yaşlı MTN polkovniki Malik Mustafayevin qardaşı, bu günlərdə həbsdən çıxan Mətləb Mustafayevlə üzləşdirilib. 

PİA.AZ bildirir ki, bu haqda gununsesi.info-nun yaydığı məlumatda qeyd edilir ki, Bakı İstintaq Təcridxanasında keçirilən üzləşmə prosesində Mətləb Mustafayev bir daha Elçin Quliyev gözlərinin içinə baxaraq, onu ifşa edib. O, qardaşının intiharına görə generalı ittiham edib. Üzləşmə prosesi 2 saata yaxın çəkib. 

Qeyd edək ki,  Malik Mustafayevin qardaşı Mətləb Mustafayev bir müddət əvvəl sensasion video yaymışdı. Mətləb Mustafayev videomüraciətində Əmlak Məsələləri Üzrə Dövlət Komitəsinin sabiq işçisi olduğunu, komitədən qanunsuz işdən azad edildiyinə görə məhkəməyə üz tutduğunu və bundan sonra MTN əməkdaşları tərəfindən qanunsuz həbsə məruz qaldığını deyir. 

Ən ilginc iddia isə MTN-in “qara maskalı”larının komitə sədri Kərəm Həsənovun sifarişiylə onu həbs etməsi, MTN-də aparılan danışıqlar, bacısının həyətinə MTN-çilərin basqın etməsindən sonra qardaşının canına qəsd etməsidir. Şikayətçi iddia edir ki, MTN-də zabit olan qardaşı nazir Eldar Mahmudovun və digər vəzifəlilərin qəbulundan çıxdıqdan sonra evində intihar edib. 

31 ilin MTN zabitinin özünü öldürməsinə hüquq-mühafizə orqanlarının yanaşması da sual doğurur. Təsəvvür edin ki, həmin dövrdə ölüm işi “cinayət tərkibi olmadığı” qeydi ilə xitam edilib. 

MTN-in digər zabiti, polkovnik Azər Əliyevin özünə qəsd etməsi işi də eynilə araşdırılmamış qalıb. Bu gün həbsdə olan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun işçisi olan 40 yaşlı A.Əliyev “mahmudovçular” ifşa edilməzdən 6 ay əvvəl, 2015-ci ilin aprelində Nərimanov rayonu, Həsənoğlu küçəsi 16 saylı binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib. A.Əliyev intihar etməzdən əvvəl A.Çovdarovun qəbuluna çağırıldığı haqda da məlumat var. Təəssüf ki, Nərimanov Rayon Prokurorluğunda polkovnik-leytenant rütbəli MTN zabiti Azər Əliyevin ölümünə sıradan bir intihar olayı kimi yanaşıb ölüm faktına görə başladılan cinayət işinə xitam verməklə bir kənara qoyublar. Gələn məlumatlar onu deməyə əsas verir ki, M.Mustafayevin intihar işi yenidən araşdırma mövzusudur, A.Əliyevin müəmmalı ölümü ilə bağlı isə istintaqın yenilənməsi haqda xəbər yoxdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar