Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MSK seçki ilə bağlı daha bir şikayəti əsassız saydı


Mərkəzi Seçki Komissiyası noyabrın 1-də keçirilən parlament seçkiləri ilə bağlı daha bir müraciətə baxıb


Seçkilərdə “AZADLIQ-2015” siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi Bəybala Əlibala oğlu Əbil noyabrın 20-da Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək səsvermə günü 41 saylı Sumqayıt birinci seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia edib və dairə seçki komissiyasının 16 noyabr 2015-ci il tarixli 33/98 saylı qərarının ləğv edilməsini, həmçinin, həmin seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız hesab edilməsini xahiş edib.
 
Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilərək, araşdırılıb, bu barədə rəy verilib və Komissiyanın iclasında baxılıb.
 
Araşdırma ilə müəyyən edilib ki, 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə deputatlığa namizədliyi “AZADLIQ-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülmüş və qeydə alınmış Ə.H.Abdullayev səsvermə günü həmin seçki dairəsinin bəzi seçki məntəqələrində baş verdiyi iddia olunan qanun pozuntuları və seçki dairəsi üzrə səsvermənin nəticələrinin etibarsız sayılması barədə 2015-ci il noyabrın 6-da poçt vasitəsilə dairə seçki komissiyasına yazılı müraciət edib. Şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verildiyindən komissiya 2015-ci il noyabrın 16-da müraciətin geri qaytarılması barədə 33/98 saylı qərar qəbul edib.
 
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 112.1-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 4.1.2-ci yarımbəndinə əsasən, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.
 
MSK-nın qərarında bildirilir ki, dairə seçki komissiyası müraciətin ərizəçiyə geri qaytarılması barədə düzgün nəticəyə gəldiyindən B.Ə.Əbilin müraciəti əsassız hesab edilərək təmin olunmamalı, dairə seçki komissiyasının 16 noyabr 2015-ci il tarixli 33/98 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.(azərtac)
 
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar