Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MSK ilə bağlı qanunvericilik dəyişdirilir


İyunun 12-də Milli Məclisin(MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib


Komitə sədri Əli Hüseynli gündəliyə bir sıra qanunlara nəzərdə tutulan dəyişikliklərlə bağlı məsələlərin daxil edildiyini bildirib.

İclasda iştirak edən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin əməkdaşı Natiq Qəmbərov “Notariat haqqında” qanuna edilən dəyişikliklər barədə məlumat verib.

Qeyd edilib ki, qanunun 76-cı maddəsi yeni redaksiyada verilib. Düzəlişə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır.

İcra qeydi tələb etmək hüququnun yarandığı gündən Mülki Məcəllənin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, hüquqi və fiziki şəxslər elektron imzadan istifadə etməklə elektron formada, fiziki şəxslər həm də yazılı şəkildə notariat kontorlarına müraciət edə bilərlər.

Yeni variantda təqdim olunan 79-cu maddəyə görə, icra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat kontoruna daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərir.

Diqqətə çatdırılıb ki, “İcra haqqında” qanuna da notariusların icra qeydlərinin icra prosedurunun təkmilləşdirilməsi ilə əlaqədar bəzi düzəlişlər edilib. Qanunun 23.3-cü maddəsinə edilən əlavədə deyilir ki, bu qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər.

Sonra komitə sədri Əli Hüseynli İnzibati Prosessual Məcəlləsindəki dəyişikliklərin mahiyyəti barədə söhbət açıb. Bildirilib ki, sənədə Milli Məclis deputatının mandatdan məhrum edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının qərarının mübahisələndirilməsinə dair iddia üzrə icraatla bağlı yeni fəsil əlavə olunur.

Yeni fəsildə deyilir ki, yuxarıda adıçəkilən iddia ərizəsi apellyasiya instansiyası məhkəməsinə həmin qərar rəsmi dərc edildiyi gündən 10 gün müddətində verilir. Ərizə məhkəmə tərəfindən 15 gün müddətində baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.

Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin və Mərkəzi Seçki Komissiyasının nümayəndəsinin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Ali Məhkəmə şikayətə onun daxil olduğu vaxtdan 15 gün müddətində baxıb, qərar qəbul etməlidir.

İclasda, bununla yanaşı, İnzibati Xətalar, Cinayət, Mülki Prosessual, Cinayət Prosessual, Cəzaların İcrası məcəllələrinə, “Yol hərəkəti haqqında”, “Dövlət qulluğu haqqında”, “İcra məmurları haqqında”, “Polis haqqında”, “Feldyeger rabitəsi haqqında” qanunlara dəyişikliklərin edilməsi barədə, “Feldyeger rabitəsi orqanında xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında” sənədlərə baxılıb. Qeyd edilib ki, dəyişikliklər texniki xarakter daşıyır.

Komitə üzvləri gündəlikdəki qanun layihələrini plenar iclasına tövsiyə ediblər. (oxu.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar