Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MM üzvləri AŞPA-nın qış sessiyasına qatılmaq üçün Strasburqa səfər edəcək


Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün yanvarın 21-də Fransanın Strasburq şəhərinə səfər edəcək


MM-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, nümayəndə heyətinə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Sabir Hacıyev, Elşad Həsənov, Vüsal Hüseynov, Fazil Mustafa, Asim Mollazadə, Rövşən Rzayev daxildirlər.

Tədbirdə AŞPA-nın yeni prezidenti seçiləcək, Büro və Daimi komitənin illik hesabatları təqdim olunacaq. Avropa Şurasının Baş katibi və İnsan hüquqları üzrə komissarı 2017-ci ildə görülən işlərlə bağlı məruzə edəcəklər. Təşkilatın Nazirlər Komitəsinin fəaliyyəti barədə hesabat veriləcək.

Toplantıda Avropada regional və milli azlıqların dillərinin qorunması, Ukraynadakı vəziyyətin humanitar nəticələri, müasir idman idarəçiliyi, 2017-ci ildə Assambleyada monitorinq prosedurunun təkmilləşdirilməsi, İrlandiya, Macarıstan, Yunanıstan, Estoniya, Bosniya və Herseqovina tərəfindən öhdəliklərin yerinə yetirilməsi məsələlərinə baxılacaq.

Sessiyada Azərbaycan nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyevanın və Vüsal Hüseynovun AŞPA-nın Sosial məsələlər, Hüquqi işlər və insan hüquqları komitələrində təqdim etdikləri “Silahlı münaqişələr zamanı zərər çəkmiş uşaqların qorunması”, “Ölüm hökmü və işgəncələr zamanı istifadə olunan ləvazimatların ticarətinə qarşı beynəlxalq qaydaların təkmilləşdirilməsi” mövzularında məruzələrin müzakirəsi keçiriləcək.

Səfər yanvarın 28-də başa çatacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar