Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MİS müdirinin təntənəli toy mərasimi və icra başçısının ayaqları altna sərilən xalça


Son zamanlar bir sıra dövlət məmurlarının özbaşınalıqları haqqında faktlar ortaya çıxır və bunlara prezident İlham Əliyev səviyyəsində reaksiyada verilib


Prezident dəfələrlə bəyan edib ki, harınlamış məmurlara qarşı sərt tədbirlər görüləcək və buna görə hətta bir neçə icra hakimiyyəti başçısı işdəndə azad edilib. 

PİA.AZ bildirir ki, bu dəfə “gunpress.az” saytına daxil olan məlumat hansısa icra başçısı haqqında yox, Sumqayıt şəhərində 18 saylı el arasında “JEK” dediyimiz MİS-in müdiri Müşviq Baxşəliyevlə bağlıdır. Məlumatda bildirilir ki, bu günlərdə övladına toy edən MİS müdiri on minlərlə manat dəyərində bir məclis təşkil edib. Məclisin ünvanı Bakıda ən bahalı restoran sayılan “Ay işığı”nda olub. Sıradan bir MİS rəhbərinin bu qədər sərvətə sahib olması sözsüz ki, hamını çaşdırıb. Toy məclisində tanınmış müğənnilər də dəvət edilib. Amma ən maraqlı məqam toya təşrif buyuran Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovla bağlı olub. 

Mənbənin dediyinə görə, Razim Məmmədov əsl dövlət başçısı kimi qarşılanıb, hətta onun gəlişi ilə bağlı yerə qırmızı xalça da salınıb. Görünür, bu cür məclislər hesabına kimin papağının, kimin başında olduğunu aydınlaşdırmaq mümkün olur. Hər halda, başqa bir rayonun icra başçısını özünün rəhbəri kimi qəbul edən adi “JEK” müdirinin belə təmtəraqlı məclis təşkil etməsi qəribə görünməməlidir.
gunpress.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar