Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MİDA yenidən təşkil edəcəyi satışda itirdiyi etibarı geri qaytara biləcək?


Ekspert: “Mayın 7-də baş verənlərin qurumun imicinə vurduğu zərərin kompensasiya edilməsi növbəti hərraclarda qurum üzərində məsuliyyəti daha da artırır”


“Təkcə Mənzil İnşaatı Dövlət Agentliyi deyil, eyni zamanda satışın təşkilində iştirak edən digər qurumlar, o cümlədən Rabitə və Yüksək Texnologiya Nazirliyinin də elekrton hökumət portalının idarə edilməsində imkanları yenidən gözdən keçirməlidir”.

Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov Mənzil İnşaatı Dövlət Agentliyinin təşkil eədəcəyi ikinci satış prosesini PİA.AZ-a şərh edərkən qeyd edib.

Xatırladaq ki, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində ilk 260 mənzilin satışına may ayının 7-də başlanılmışdı. Amma məlum olduğu kimi, satış prosesi planlaşdırılan vaxtda reallaşmadı. Mənzil İnşaat Dövlət Agentliyi (MİDA) mayın 7-də Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu-8 ünvanında inşa etdiyi Yasamal Yaşayış Kompleksindəki 260 ədəd mənzili satışa çıxarıb. Mənzillərin satışa çıxarıldığı e-gov.az saytına saat 10:00-dək daxil olmaq mümkün olub, lakin 10:00-dan sonra sayt işləməyib. “Yeddi cəhddən sonra sistemə yalnız saat 11:08-də daxil ola bildim. Həmin vaxt 260 mənzildən cəmi 6-sı qalmışdı. Onlardan birini seçmək istədim. Lakin bu da mümkün olmadı”, – deyə, adının çəkilməsini istəməyən vətəndaş bildirib.

Vətəndaşların bir qismi isə sistemdən avtomatik olaraq uzaqlaşdırılıb. Saat 11:10-da, yəni mənzillərin satışa başlandığı 1 saat 10 dəqiqə keçəndən sonra bütün 260 mənzilin hamısının satıldığı məlum olub. MİDA problemi saytın hədsiz yüklənməsi nəticəsində yaranmış texniki problemlə əlaqələndirib.

Daha sonra isə informasiya texnologiyaları mütəxəssisi Osman Gündüz sensasion açıqlama ilə çıxış edib. İnformasiya texnologiyaları üzrə bildirib ki, sitat: “MİDA-nın güzəştli mənzil satışında uğursuzluğa əsas səbəb olan, mənzillərin onlayn satışı günü “çökən” “Güzəştli Mənzil” informasiya sisteminin hazırlanması üçün “RİSK” şirkətinə 260 min manat vəsait ayrılıbmış”. 

Odur ki, MİDA Yasamal Yaşayış Kompleksində ilk mənzillərin seçimini yenidən təşkil etməyi qərara aldı və bununla bağlı ictimaiyyətə məlumat verildi. Sosial mənzillərin satışı ilə bağlı mayın 7-də keçirilmiş seçim mərhələsinin nəticələri ləğv edildikdən sonra seçim meyarlarının təkmilləşdirilməsi və yeni mexanizmlərinin tətbiqi daha da aktuallaşıb.

Bəs yenidən təşkil ediləcək satış prosesi zamanı oxşar problemin yaranma ehtimalı varmı? Yaxud oxşar problemlərin yaranmaması üçün hansı qabaqlayıcı tədbirlər görülməlidir?    

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı  iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.



Rəşad Həsənov: “İnsanlar haqlı olaraq MİDA-ın növbəti dövrlərdə başqa qurumlar kimi ənənəvi formada fəaliyyət göstərəcəyinə istiqamətlənmiş fikir üzərində daha çox düşünürlər”.


Ötən iki il ərzində cəmiyyətdə Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinə çox ciddi inamın olduğunu xatırladan iqtisadçı-ekspert Rəşad Həsənov əlavə edib ki, mayın 7-də baş verənlər qurumun imicinə ciddi zərbə vurdu:

“Əslində bununla bağlı konkret fikir demək çox çətindir. Çünki cəmiyyətdə Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinə çox ciddi inam var idi. Ötən iki il ərzində bu qurumun yüksək etimadlı olması formalaşdırılmışdı. Amma mayın 7-də baş verənlər demək olar ki, qurumun imicinə ciddi zərbə vurdu. Düşünürəm ki, o qurumda işləyən şəxslər növbəti hərraclarda daha məsuliyyətli davranacaqlar və öz işlərinə daha ciddi yanaşacaqlar. 

Həmçinin onu da qeyd edim ki, burada təkcə Mənzil İnşaatı Dövlət Agentliyi deyil, eyni zamanda satışın təşkilində iştirak edən digər qurumlar, o cümlədən Rabitə və Yüksək Texnologiya Nazirliyinin də elekrton hökumət portalının idarə edilməsində imkanları yenidən gözdən keçirməlidir. Çünki qurumun fəaliyyəti və şəffaflıq barədə artıq çox ciddi ictimai narahatlıqlar formalaşıb. 

Rəşad Həsənov: “Nöqsanların aradan qaldırılması istiqamətində hansı səviyyədə səy göstərəcəklərini və nə dərəcədə məsuliyyətli olacaqlarını yaxın dövrdə müşahidə edəcəyik”.


İnsanlar haqlı olaraq qurumun növbəti dövrlərdə başqa qurumlar kimi ənənəvi formada fəaliyyət göstərəcəyinə istiqamətlənmiş fikir üzərində daha çox düşünürlər. Bu ənənəvi yanaşmanın aradan qaldırlması və mayın 7-də baş verənlərin qurumun imicinə vurduğu zərərin kompensasiya edilməsi növbəti hərraclarda qurum üzərində məsuliyyəti daha da artırır. 

Son nəticədə biz daha dəqiq analizi və yanaşmanı növbəti hərracların nəticələrinə uyğun olaraq verə bilərik. Amma indi ümumillikdə demək olar ki, nöqsanların aradan qalxması üçün müəyyən səylər göstərilib. Düşünürəm ki, qurumlar öz məsuliyyətlərin dərk edirlər. Bu nöqsanların aradan qaldırılması istiqamətində də hansı səviyyədə səy göstərəcəklərini və nə dərəcədə məsuliyyətli olacaqlarını yaxın dövrdə müşahidə edəcəyik. Buna görə də növbəti hərracda hər hansı problemin baş verməyəcəyini konkret olaraq demək çox çətindir”. 

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ən çox oxunanalar