Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

MDB Avrasiya İqtisadi İttifaqına transfer oluna bilər?


Politoloq: “Əslində Rusiya Avrasiya İttifaqını yaradanda təməl planlarından biri məhz öz çevrəsində, yəni postsovet məkanında olan bütün ölkələri, o cümlədən Azərbaycanı da bu ittifaqa daxil etmək idi”


MDB-nin Avrasiya İqtisadi İttifaqına transfer olması mümkündür”.

Bu sözləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri sabah Soçidə MDB və Avrasiya İqtisadi İttifaqının sammitinin birgə keçirilməsi məsələsini PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib.

Xəbər verdiyimiz kimi bu gün Soçidə MDB və Avrasiya İqtisadi İttifaqının sammiti keçiriləcək. Sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putin MDB ölkələrinin rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək. Qeyd edək ki, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan prezidentləri MDB ölkələri rəhbərlərinin Şurasında iştirak edəcəyini təsdiqləyiblər. Qırğızıstana gəldikdə isə bu ölkə toplantıda baş nazir səviyyəsində təmsil olunacaq. Çünki ölkə prezidenti Almazbek Atambayev prezident seçkilərinə hazırlıqla məşğuldur. Ukrayna isə sammitdə təmsil olunmayacaq. Qeyd edək ki, Ukraynanın MDB-yə üzvlüyü ilə bağlı məsələ qeyri-müəyyəndir. Hesab olunuir ki, Ukrayna formal olaraq MDB-dən ayrılmaq üçün müraciət etsə də, İttifaqdan hələ çıxmayıb. Krımın ilhaqı və Donbasda davam edən müharibə şəraitində Ukraynanın Soçidəki tədbirə qatılması isə real görünmür.

Sammitin sonunda MDB-yə sədrlik Rusiyadan Tacikistana keçəcək.

Maraqlıdır ki, Soçidə MDB liderlərinin sammiti ilə yanaşı Avrasiya İqtisadi İttifaqı dövlət rəhbərlərinin sammiti də keçiriləcək. Xatırladaq ki, Avrasiya İqtisadi İttifaqına Rusiya, Qazaxıstan, Belarusiya, Qırğızıstan,Tacikistan və Ermənistan daxildir. Azərbaycana dəfələrlə bu iqtisadi ittifaqa qoşulmaq təklif olunsa da, həm Ermənistanın ittifaqda təmsil olunması, həm də bir sıra siyasi-iqtisadi səbələrdən Bakı bu ittifaqa qoşulmur. MDB üzvləri olan Ukrayna, Özbəkistan, Türkmənistan, Moldava da bu ittifaqa qoşulmayıb. 

MDB və Avrasiya İqtisadi İttifaqının sammitinin birgə keçirilməsini təsadüf hesab etmək olar, yoxsa Kreml planlı şəkildə MDB sammitini  Avrasiya İqtisadi İttifaqının sammiti ilə eyni zamanda keçirməklə əslində MDB-ni Avrasiya İqtisadi İttifaqına çevirmək planlarını həyata keçirmək istəyir? Ümummiyyətlə MDB-ni Avrasiya İqtisadi İttifaqına çevrilməsi ehtimalı varmı?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Natiq Mirinin fikirlərini öyrənib.

Картинки по запросу natiq miri

Natiq Miri: “Gələcəkdə ola bilsin ki, Avrasiya İttifaqı vahid siyasi məkan olaraq ortalığa çıxa bilər və bundan sonra SSRİ kimi bir imperiyanın yenidən bərpasına cəhd oluna bilər”.


İctimai fikirdə Dağlıq Qarabağ problemi də əslində Azərbaycanın Avrasiya İttifaqına üzv olunmasından keçməsini qeyd edən politoloq Natiq Mirinin fikirincə, bu Rusiya siyasətşünaslarının və yaxud jurnalistlərinin dili ilə deyilmiş olsa da, əslində Azərbaycana, Azərbaycan hakimiyyətinə verilən mesaj kimi dəyərləndirilməlidir:

“Əslində Rusiya Avrasiya İttifaqını yaradanda təməl planlarından biri məhz öz çevrəsində, yəni postsovet məkanında olan bütün ölkələri, o cümlədən Azərbaycanı da bu ittifaqa daxil etmək idi. Bu yöndə də paralellər qurmaq olar. Yəni MDB ilə Avrasiya İttifaqının tədbirlərinin üst-üstə düşməsi, həm də belə bir ictimai fikir yaradır ki, Rusiya getdikcə postsovet məkanındakı ölkələrinin hamısını tədricən Avrasiya İttifaqına cəlb etməkdədir. Ən azından bunun üçün çalışır. Son zamanlar həm Rusiya, həm də Ermənistan mətbuatında, eyni zamanda Azərbaycan mətbuatında da Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü məsələsi də müzakirə olunur. Yəni ən azından hiss olunur ki, bu məsələ müzakirə obyektinə çevrilməklə, dolayısı ilə ictimai fikir sanki buna hazırlanır. 

Doğrudur Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü məsələsinə guya Ermənistanın hansısa əngəl törədəcəyi ilə bağlı fikirlər də ortalığa atılsa da, düşünürəm ki, son məqsəd sadəcə Ermənistanın buna əngəl ola biləcəyi deyil, Azərbaycanın Avrasiya İttifaqına üzv olma imkanının qabardılmasıdır. Çünki bu Rusiyanın istəyində ola bir məsələdir. Ayrıca həm də ictimai fikirdə belə bir ideya sürüklənir ki, Dağlıq Qarabağ problemi də əslində Azərbaycanın Avrasiya İttifaqına üzv olunmasından keçir. Yəni bu Rusiya siyasətşünaslarının və yaxud jurnalistlərinin dili ilə deyilmiş olsa da, əslində Azərbaycana, Azərbaycan hakimiyyətinə verilən mesaj kimi dəyərləndirilməlidir. Bu konteksdə MDB-nin tədbiri, həm Avrasiya İttifaqının gələcəkdə güclənməsi kimi, həm də Azərabyacan kimi ölkələrin hesabına böyüməsi hədəfləri özündə ehtiva edir.  

Natiq Miri: “Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü müzakirə obyektinə çevrilməklə, dolayısı ilə ictimai fikir sanki buna hazırlanır”. 


Onu da deyim ki, Müstəqil Dövlətlər Birliyi ilk gündən ölü doğulmuş bir uşaqdır. Yəni MDB formal olaraq fəaliyyət göstərir. Ancaq Avrasiya İttifaqı iqtisadi bir model olmuş olsa da, düşünürəm ki, bu ittifaq MDB-dən daha ciddi formatdır. Hələlik Avrasiya İttifaqı iqtisadi birlik görüntüsünü yaratsa da, bu sadəcə cəldedici olmaq üçün ortalığa atılmış bir modeldir. Gələcəkdə ola bilsin ki, Avrasiya İttifaqı vahid siyasi məkan olaraq ortalığa çıxa bilər və SSRİ kimi bir imperiyanın yenidən bərpasına cəhd oluna bilər. Bu baxımdan MDB-nin Avrasiya İttifaqına transfer olması mümkündür. 

Yenə qeyd edim ki, əslində MDB ciddi format deyil. Buna görə MDB üzvlərini həm də Avrasiya İttifaqının üzvünə transfer etmək cəhdlərini biz görürük. Təbii ki, MDB-nin yerinə Avrasiya İttifaqının mövcud olması və bütün MDB üzvlərinin Avrasiya İttiqanıda iştirak etməsi və üzv olması Rusiyanın hədəfində olan bir plandır. Buna görə də düşünürəm ki, sizin dediyiniz fikirlərin real olması mümkündür”.

Xatırladaq ki, sammit  Qazaxıstanla Qırğızıstan arasında da problemin olduğu bir vaxtda keçirilir. Hakimiyyətdən getməyə hazırlaşan Almazbek Atambayev bir neçə gün əvvəl Qazaxıstan lideri Nursultan Nazarbayevi Qırğızıstanın daxili işlərinə qarışmaqda ittiham edib. O, Nazarbayevin 15 oktyabrda keçiriləcək prezident seçkilərində müxalifətçi namizəd Omurbek Babanovla görüşməsini pisləyib. Hesab olunur ki, Atambayev öz postunda keçmiş baş nazir Soronbay Jenbekovu görür və Babanovu “varis əməliyyatı”na təhlükə hesab edir. Atambayev Qazaxıstan tərəfinə xəbərdarlıq da edib: “Qazaxıstan düzgün addım atmasa, biz başqa dildə danışacağıq”, deyə Qırğızıstan prerzidenti Qazaxıstan liderini təhdid edib. Hələlik Nursultan Nazarbayev Atambayevin ittihamlarına cavab verməyib.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar