Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

M.S.Ordubadinin əsəri Almaniyada nəşr edilib - Foto


Almaniyanın “Borsdorf Winterwork” nəşriyyatında Məmməd Səid Ordubadinin “İki çocuğun Avropa səyahəti” (“Die Reise zweier Jungen nach Europa”) adlı əsəri alman dilində çap olunub


APA-nın xəbərinə görə, akademik İsa Həbibbəyli kitaba yazdığı ön sözdə Avropa oxucusuna M. S. Ordubadinin həyat və yaradıcılığı, “İki çocuğun Avropa səyahəti” əsəri haqqında müfəssəl məlumat verib.
 
“İki çocuğun Avropa səyahəti” əsəri ilk dəfə 1907-1908-ci illərdə Bakıda nəşr edilən “Tazə həyat” qəzetində əski əlifba ilə hissə-hissə çap olunub. 94 günlük səyahəti canlandıran əsər on məktubdan ibarət olub, “Şərq-Qərb müqayisəsi yolu ilə milli oyanışa və dirçəlişə çağırış motivi”ni əks etdirir. Qərb həyat tərzini təsvir edən bu əsər mövzu, süjet və kompozisiyası etibarilə məktub-romandır. Kitab artıq Alman Milli Kitabxanasının biblioqrafiyasında qeydiyyatdan keçirilib. Əsər haqqında ətraflı biblioqrafik məlumatları  http://www.d-nb.de saytında əldə etmək mümkündür. Əsəri alman dilinə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Xanım Zairova tərcümə edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar