Cümə, 26 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lütvəli Abdullayevin büstü açıldı


Bu gün Şəkidə iki böyük hadisənin həm şahidi, həm də iştirakçısı olduq


Prezident İlham Əliyevin görkəmli gülüş ustası Lütvəli Abdullayevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncamına uyğun olaraq Bakıda, eləcə də regionlarda keçirilən tədbirlərə yekun vururuq. Eyni zamanda, birinci Şəki Beynəlxalq teatr festivalının bağlanış mərasimidir. 

Bu sözləri Lütvəli Abdullayevin 100 illik yubileyi və Beynəlxalq teatr festivalının bağlanışı münasibətilə Şəkidə keçirilən tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev söyləyib.

Bu gün Şəkinin çox gözəl bir guşəsində görkəmli gülüş ustasının büstünün açıldığını bildirən Ə. Vəliyev Azərbaycan mədəniyyətinə hədsiz töhfələr vermiş, teatr və kino sənətinin inkişafında müstəsna xidmətləri olan L.Abdullayevin öz doğma vətəni Şəkiyə, şəkililərlə artıq bir mərmər parçasında əbədi görüşə gəldiyini vurğulayıb.

Nazir müavini deyib: “On gün ərzində Azərbaycanın müxtəlif teatrları, o cümlədən müxtəlif ölkələrdən gəlmiş teatr kollektivləri böyük sevgi ilə şəkililər, teatrsevərlər, sənətsevərlər qarşısında özlərinin ən gözəl tamaşalarını göstəriblər. Tamaşaçılara böyük Mirzə Fətəli Axundzadənin, dünya dramaturgiyası ustalarının yaradıcılığından nümunələr təqdim olundu. Hesab edirəm ki, Azərbaycanın bu gözəl guşəsində uzun illər yaşayacaq bir festivalın əsası qoyuldu. Mən bu bayram münasibətilə bütün teatrsevərləri bir daha təbrik edirəm”.(azertac)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - Yenilənib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar - Yenilənib

Malıbəylidə kütləvi məzarlıq aşkar edilib - Yenilənib

Prezident və birinci xanım Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndərib

Ən çox oxunanalar