Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lütfi Zadənin qəbirüstü abidəsi hazırlanır


“Hazırda Lütfi Zadənin qəbirüstü abidəsinin layihəsi üzərində işləyirəm. Lakin bu, o qədər asan məsələ deyil”


Bunu heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarov deyib.

Xalq rəssamı qeyd edib ki, abidə tamamilə fərqli üslubda olacaq:

“Əslində indi abidənin hansı formada olacağını izah etmək çətindir. Bu memarlıq abidəsi tam natural deyil. Sözlərlə ifadə edəsi olsam, deyə bilərəm ki, Lütfi Zadənin qəbirüstü abidəsində qapı simvolu olacaq. Qapı açılır və Lütfi Zadə ayaqüstə dayanır”.

Ö.Eldarov qeyd edib ki, layihə üzərində işləsə də, hələ ki abidə üçün lazım olan materialların sifarişlərindən söz açmaq mümkün deyil:

“Düzdür, özüm artıq uzun müddətdir işləyirəm. Amma heç nə olmadan nəsə demək olmur. Layihənin hazırlanması üçün də çox vaxt lazımdır. Lakin deyə bilərəm ki, Lütfi Zadənin qəbirüstü abidəsi başqalarına bənzəməməlidir. Bu baxımdan abidə orijinal olacaq. Bilirsiniz, Lütfü Zadə təkcə Azərbaycan yox, həm də dünya üçün böyük şəxsiyyət olub”.

Ömər Eldarov bildirib ki, büstün hazırlanması AMEA tərəfindən ona həvalə edilib və qəbirüstü abidəsi mərhumun ildönümü mərasimində hazır olacaq.

Lütfi Zadə 2017-ci ilin sentyabrın 6-da 96 yaşında Kaliforniyada vəfat edib. O, vəfatından əvvəl Azərbaycanda dəfn edilməsi ilə bağlı vəsiyyət yazıb. Alimin nəşi sentyabrın 29-da Azərbaycana gətirilərək, 1-ci Fəxri xiyabanda dəfn edilib. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadənin dəfnindən 6 ay keçir. (modern.az)


pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar