Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lütfi Zadənin bolşevik “qonşuları” - Fotolar

Cümhuriyyətimizə atılan qara ləkəni nə zamana qədər qoruyacağıq?


Azərbaycanın ən çox ziyarət olunan məkanlarından biri “Fəxri Xiyaban”dır.

Həm dövlət xadimləri, həm xarici qonaqlar, həm də sıravi vətəndaşlar bu qəbiristanlığı demək olar ki, ziyarətçisiz qoymurlar.

Azərbaycanın dahi şəxsiyyətlərinin dəfn olunduğu məzarlıqdakı heykəllər, büstlər xaricilər tərəfindən maraqla qarşılanır. Mərhum prezidentlər – Heydər Əliev və Əbülfəz Elçibəydən tutmuş Üzeyir Hacıbəyov, Qara Qarayev, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Xəlil Rza Ulutürkə qədər görkəmli şəxslərin dəfn olunduğu məkanda yeni bir “ev” sahibi də var. Dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin də son mənzili “Fəxri Xiyaban”dadır.

Ancaq “qonşunu göstər, deyim kimsən” misalı Lütfi Zadə üçün heç də arzuolunan deyil. Belə ki, “Fəxri Xiyaban”da o qədər boş ərazi olduğu halda şəhər rəhbərliyi dünya şöhrətli alimə qonşu olaraq, 26 Bakı Komissarının silahdaşlarını, o məşhur “Müsavat cəlladları tərəfindən vəhşicəsinə qətlə yetirilən”ləri seçiblər. Daha doğrusu, Lütfi Zadə Əli Bayramov, Mir Fəttah Musəvi, Haşım Əliyev və digər “böyük inqilabçılar”ın yeni “qonşusudur”. Yəni 10 yaşında bolşevik zülmünə görə, Azərbaycanı tərk etmək məcburiyyətində qalan bir ailənin övladı olan Lütfi Zadə son mənzilində əbədi olaraq, həmin bolşeviklərlə yanaşı dəfn olundu. İnsanın axirəti ancaq bu qədər qeyri-səlis olarmış…

Lütfi Zadənin məzarı “Fəxri Xiyaban”ın bu küncündə yatan və gələn il 100 illiyini qeyd edəcəyimiz Azərbaycan Cümhuriyyətinə həqarət dolu bu qəbirləri yenidən gündəmə gətirdi. Müstəqilliyimizin bərpasından 26 il keçəndən sonra Bakı küçələrində “26 Bakı komissarı” lövhəsinin olduğunu xatırlayan meriya yəqin ki, Lütfi Zadənin məzarının üstü götürülərkən, heç olmasa, Cümhuriyyətimizə təhqir olan bu ifadələrin silinməsi üçün də bir tədbir görəcək…(yeniçağ.az)

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar