Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lotu Qulinin dəstəsi Moskvada çeçen qruplaşması ilə toqquşdu

Bir neçə gün əvvəl Moskvada iki ən böyük - Azərbaycan (Lotu Qulinin başçılığı ilə) və çeçen (Əziz Batukayevın başçılığı ilə) kriminal qruplaşması arasında toqquşma olub


Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, çeçen qruplaşması əvvəllər Rövşən Lənkəranski kriminal ailəsinin nəzarət etdiyi bazarları tutmağa cəhd göstərib.

Çeçen kriminal qruplaşması əsasən Azərbaycandan olan ticarətçilərin işlədikləri bazarlara silahlı reydlər təşkil edərək, onların boynuna yeni “haqq” qoymaq istəyib.

Ancaq Rusiya paytaxtında təsir sahələrinin yenidən bölünməsi cəhdi Azərbaycan qruplaşmasının lideri Lotu Quli tərəfindən  kəskin müqavimətlə qarşılanıb və o buna yol verməmək üçün zəruri hazırlıqlar görüb...

Rusiya KİV-i bildirir ki, Lotu Quli ilə Əziz Batukayev arasında gərgin telefon söhbəti olub, ondan sonra Moskva azərbaycanlıları və çeçenləri arasında ilk toqquşma yaşanıb. Hüquq-mühafizə orqanları 15 nəfəri saxlayıb.

Çeçen qruplaşması ilə toqquşmada Rusiya kriminal aləminin çox hissəsi Lotu Qulini dəstəkləyib. Bəzi Rusiya nəşrləri bunu onunla izah edirlər ki, Əziz Batukayev rəsmi Qroznının müəyyən dairələri tərəfindən dəstəklənən, sistemli kriminaldan uzaq adamdır.

Məlumatlara görə, Lotu Qulinin qruplaşması  çeçen dəstələrini Azərbaycan bazarlarından çıxarmağa nail olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar