Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

London terrorunun pərdəarxası - seçkilər, yoxsa...


İlham İsmayıl: “Dövlətlərin əli ilə terror Britaniya siyasətinə təsir edə bilərmi?”


İyunun 4-də gecə saatlarında Böyük Britaniyanın paytaxtı Londonda törədilən silsilə terror aktları Avropanı şoka salıb. Faciə ətrafında yaranan müzakirələrdə ən müxtəlif fikirlər səslənməkdədir. Son aylarda Böyük Britaniyanın terrorun əsas hədəfi olan Avropa ölkəsinə çevrilməsi çoxsaylı suallar doğurub.

Son terrorla bağlı əsas fikirlərdən biri kimi 8 iyunda bu ölkədə keçiriləcək parlament seçkiləri göstərilir. Çoxları hesab edir ki, faciə sırf seçkilərin nəticələrinə təsir etmək məqsədilə həyata keçirilib. Terrorun arxasında güclü Avropa dövlətlərinin dayandığı barədə iddialar var. Hətta burada Amerikanın belə adı çəkilir. Nə qədər inandırıcı olmasa da, Britaniya hökumətinin Avropa Birliyini tərk etdikdən sonra terrorun əsas hədəfinə çevrilməsinin təsadüf olmadığı vurğulanır.

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl Böyük Britaniyanın dünya siyasətinə təsir edən ölkə olduğunu bildirdi: “Hazırda Böyük Britaniyanın əsas gündəmində ”Brexit"dir. Bu da referendumla qəbul olundu və Avropa Birliyini hökumət tərk etdi. Digər gündəmdə olan məsələ isə parlament seçkiləridir. Bu iki məsələ siyasi gündəmin əsasını təşkil edir. Düşünək, başqa dövlətlərin əli ilə terror Britaniya siyasətinə təsir edə bilərmi? Təsir nə deməkdir? Belə çıxır ki, leyboristlər bu hadisəni təşkil ediblər ki, indiki hakimiyyətdə olanlar geri çəkilsinlər? Britaniya siyasətində bu mümkün deyil ki, ölkə daxilindəki iki siyasi qurum terror vasitəsilə bir-birilərinə təsir etsinlər. O cümlədən Avropa dövlətlərini də qeyd etmək olar. Terror yolu ilə Britaniyaya birlikdən çıxmaqla bağlı qərarını ləğv etdirə bilərlər? Bunlar mümkün deyil. Bu terrorun Britaniyanın apardığı siyasətə heç bir dəxli yoxdur. Oxşar terror hadisələri əvvəl Fransa və Almaniyada da oldu. Sadəcə, son vaxtlar Britaniyada bir qədər aktivləşib.

Buna səbəb olan amillərdən biri də zamanında Britaniyanın digər Avropa dövlətlərindən fərqli olaraq, müsəlmanları daha çox qəbul etməsidir, böyük sayda müsəlmanın da yaşadığı Hindistandan tutmuş ərəb ölkələrinə qədər. Burada məskunlaşsalar da, ideologiyalarından ayrıla bilməyiblər. Zaman-zaman bu ideologiya Avropaya nifrət hissinin yaranmasına səbəb olub. Baxmayaraq ki, zamanında Britaniya onlara qucaq açıb, şərait yaradıb. Bəzi şəxslər var ki, radikallaşıblar. Bu baxımdan, demək olar ki, bu dövlətin terrorun əsas hədəfinə tuş gəlməyinə hökumətin apardığı siyasət səbəb olmayıb. Son vaxtlar terrorçular daha çox maşına meyl edirlər. Çünki bir ölkədən digərinə silah keçirmək son zamanlarda ciddi nəzarət altına alınıb, xeyli də çətinləşib. Terrorçuların təlimçiləri də sonunda onlara ən azından maşınları götürüb insanların üzərlərinə sürmək tapşırığı verirlər. Azərbaycanda da bu cür halların başvermə ehtimalları var. Şükürlər olsun ki, xüsusi xidmət orqanlarımız bunların qarşısını ala bilirlər. Terrorda avtomobillərə önəm verilməsinin digər səbəblərindən biri də ən azından terrorçunun aradan çıxa bilməsidir. Düzdür, sonradan terrorçuları tapırlar. Bu növbəti İslam terrorudur, radikal islamçılar törədiblər. Bu baxımdan, bunu İslam radikalizmi ilə bağlamaq lazımdır".

Təhlükəsizlik eksperti seçkilərlə bağlı terrorun törədildiyi barədə fikirlərə də toxundu: “Leyboristlər müxalifətdədir. Ölkədə ”Brexit" keçirilib və bunun tərəfdarları hakimiyyətdədir. Ölkə iqtisadiyyatında az da olsa, müəyyən geriləmələr var. Avropanın siyasi mədəniyyətində terror yoxdur. Digər ölkələrə təzyiq baxımından bu metoddan istifadə edirlər. Məsələn, Türkiyəyə təzyiq baxımından bəzi terror təşkilatlarından istifadə edirlər. Özü də bir ölkə daxilində mövcud olan dünya ünlü iki siyasi qurumun bir-birinə qarşı terrordan istifadə etməsi mümkün deyil. Lap olsa belə, bunun nə zamansa üzə çıxma ehtimalı var. Əgər bu üzə çıxsa, təsəvvür edin ki, o siyasi qurumları, hansı vəziyyətə düşə bilərlər. Ölkə siyasətindən tamam silinərlər. Buna kimsə risk etməz. Əksinə, belə hadisələrdə Britaniyada vətənpərvərlik hissləri daha da güclənir. Seçkilərdə kim lazımdırsa, onu da seçəcəklər. Britaniya da İŞİD-ə qarşıdır. Terror təşkilatı da böyük dövlətlərdə belə hadisələr gerçəkləşdirməklə mövcudluğunu göstərmək istəyir, hətta bunun üçün böyük məbləğdə vəsaitlər də ala bilərlər, bir daha terror törətməyəcəkləri ilə bağlı söz verdikdən sonra".(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar