Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Lökbatanda məhkumları daşıyan maşın qəzaya düşdü


6 məhkum və nəzarətçilər müxtəlif dərəcəli xəsarətlər alıb, qəzada 1 sürücü ölüb


Ədliyyə Nazirliyi Penitensiar Xidmətə məxsus olan, məhkumların daşınması üçün nəzərdə tutulan nəqliyyat vasitəsi ilə “Pajero” markalı avtomobil toqquşub. 

“Yeni Müsavat”a daxil olan məlumata görə, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində baş vermiş qəza zamanı “Pajero” markalı avtomobilin sürücüsü dünyasını dəyişib. 

Daxili İşlər Nazirliyi saytında yer alan məlumatda bildirlir ki, iyulun 25-də 17 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Elxan Hacıyevin idarə etdiyi “Toyota” və Tofiq Xudabaxşiyevin idarə etdiyi “QAZ-3309” markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü xəstəxanaya yerləşdirilib, E.Hacıyev orada ölüb. Saytda məhkumları daşıyan “QAZ-3309” markalı avtomobildə məhkumların xəsarət alıb-almaması haqda məlumat verilmir.

Verilən məlumata görə, olay məhkumlar məhkəməyə aparılarkən baş verib. Qəza zamanı sürücüdən başqa  nəzarətçilər və 6 məhkum müxtəlif dərəcəli xəsarətlər alıblar.  Qəzanın “Pajero” markalı avtomobilin yüksək sürətlə idarə olunması və yolun əks tərəfinə çıxması səbəbindən baş verdiyi bildirilir. Hazırda faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Ən çox oxunanalar