Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviyada miqrantlar 400 dollara kölə kimi bazarlarda satılır

Birləşmiş Millətlər Təşkilatı Liviyada miqrantlar və qaçqınlarla bağlı ölkədə hökm sürən qeyri-insani situsiya haqqında bəyanat yayıb


ABŞ-ın CNN telekanalı isə bunula bağlı görüntülü sübutu təqdim edib. Telekanal insanların bazarlarda əşya kimi, qul statusu ilə hərraca çıxarıldığını görüntüləyə bilib.

“Onlar çox güclüdürlər və fermada işləmək üçün olduqca yararlıdırlar” - deyə Liviyanın kölə tacirləri öz “mallar”ını CNN-in kadrlarında fərəhlə nümayiş etdirirlər.

Qədim Romadan çəkilən filmləri xatırladan bu görüntülərin həqiqiliyi ABŞ telekanalı tərəfindən dəfələrlə təsdiqlənib. Burada Afrika və Saharanın cənubundan gələn miqrantlar açıq şəkildə hərracda satılır.

CNN-in xüsusi müxbiri Loren Səid Murhauz mövcud durumu aşağıdakı kimi təsvir edib: “Hər il müharibədən qaçan və Avropada əlverişli iqtisadi perspektiv axtaran on minlərlə insan Liviya sərhəddini keçməyə cəhd edir. Onların əksəriyyəti öz səfərlərini maliyyələşdirməkdən ötrü hər şeylərin satıb gedən adamlardır. Bu insanların bir çoxu qayıqlarla Aralıq dənizindən qitəyə keməyə cəhd göstərirlər. Lakin onların bütün cəhdlərinin qarşısı Liviya sahil sahil mühafizə gəmiləri tərəfindən alınır. Bu isə həmin qayıqlarda olan sərnişinlərin kölə tacirlərinin əllərinə keçməsinə səbəb olur. Beləliklə insan tacirləri ağalara, miqrant və qaçqınlar isə onların kölələrinə çevrilirlər”.

”.

Migrants-Being-Sold-as-Slaves-in-Libya-CNN.jpg (164 KB)

CNN telekanalının çəkdiyi görüntülərlə bağlı olaraq Liviya hökuməti tədbirlər görüləcəyini bildirməklə kifayətlənib.

Liviyanın qeyri-leqal miqrasiya ilə mübarizə üzrə departamentinin yaydığı bəyanata görə, təkcə noyabrın əvvələrində 19,9 min adam qaçqınlar düşərgəsinə pənah aparıb. Bu, sentyabr ayındakı statistik rəqəmlərdən iki dəfə çoxdur.

BMT-nin insan hüquqları üzrə komissarı Zeyd Rəəd əl Hüseynin sözlərinə görə, BMT-nin müşahidəçiləri qapalı məkanlarda saxlanılan, əlləri-qolları bağlı olan kişiləri, qadınları və uşaqları görəndə şoka düşüblər. Bu adamlar kölə tacirləri tərəfindən sadəcə, yemək istədiklərinə görə hər gün döyüldüklərini, onlara qarşı elektroşok aparatından istifadə edildiyini, qadınların isə təcavüzə məruz qaldığını söyləyiblər.

BMT-nin komissarı Liviya hökumətini miqrantları düşərgələrdən xilas etməyə çağırıb: “Biz yeni dövrlərdə quldarlıq rejiminin bərpasına göz yuma bilmərik”.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar