Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liviya ordusu Rusiyadan silah istədi


Liviya ordusunun baş komandanı general Xəlif Xaftar Rusiya rəhbərliyindən silah və hərbi texnika tədarük etməyi xahiş edib


APA-nın xəbərinə görə, bu barədə “İzvestiya” nəşrinə Rusiya diplomatik dairələrinə yaxın olan mənbə bildirib.   
 
Məlumata görə, liviyalı generalın müraciətini ötən gün axşam saatlarında Rusiya tərəfinə Xəlif Xaftarın xüsusi elçisi, Liviyanın Səudiyyə Ərəbistanındakı səfiri Abdel Basset əl-Bədri təqdim edib. Abdel Basset əl-Bədrini Moskvada Rusiya prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi, XİN rəhbərinin müavini Mixail Boqdanov qəbul edib.  
 
“Görüş həqiqətən baş tutub. Əl-Bədri Moskvaya birgünlük səfər edib. Boqdanovla görüş zamanı embaqronun ləğv olunması və silah tədarükünün bərpası məsələsi müzakirə edilib. Liviyalılar atıcı silahlarla yanaşı, hərbi texnika, o cümlədən, təyyarələrin də tədarük olunmasını xahiş edirlər”, - deyə mənbə nəşrə bildirib.     
 
Liviyaya silah tədarükünə qadağa 2011-ci ildə, ölkə lideri Müəmmar Qəddafiyə qarşı üsyanın  qızğın çağında qoyulub.   
 
Qeyd edək ki, Xəlif Xaftar 2014-cü ildə seçilmiş parlamentə loyal olan Liviya ordusuna komandanlıq edir.  Parlament BMT-nin dəstəyi ilə Tripolidə yaradılan milli həmrəylik hökumətini dəstəkləməkdən imtina edib.   

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar