Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Livan mətbuatı 20 Yanvar faciəsindən yazıb


20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Livanın geniş oxucu kütləsinə malik “Al-Cumhuriyyə” qəzetində və ölkənin əsas xəbər saytlarından biri olan “Cedar News” xəbər portalında məqalələr dərc edilib


Azərbaycanın bu ölkədəki səfirliyindən Trend-ə verilən məlumata görə, səfirliyin dəstəyi ilə dərc olunan məqalələrdə 1990-cı il yanvarın 20-də sovet ordusunun müxtəlif istiqamətlərdən Bakıya hücumlar həyata keçirərək, çox sayda dinc əhalini qətlə yetirdiyi barədə məlumat verilib, dinc sakinlərə qarşı törədilən vəhşiliklərin xalqın azadlıq əzmini qıra bilmədiyi qeyd olunub.

Müəlliflər o vaxtkı sovet rejiminin rəhbərliyində olan M.Qorbaçovun əmri ilə həyata keçirilmiş və məqsədi Azərbaycan xalqının müstəqillik arzusunu qan içində boğmaq olan hərbi əməliyyat nəticəsində 130-dan artıq insanın qətlə yetirildiyini, 700-dən çox insanın isə yaralandığını qeyd ediblər.

Yazılarda ölkə rəhbərliyinin həyata keçirdiyi müdrik siyasət və islahatlar nəticəsində müasir Azərbaycanın sürətlə inkişaf edərək, regionda lider dövlətə və beynəlxalq miqyasda sabit və etibarlı tərəfdaşa çevrilməsindən bəhs edilib.

Məqalələrin sonunda Azərbaycan xalqının müstəqillik uğrunda canlarını fəda etmiş igid övladlarını unutmadığı və hər il 20 Yanvar faciəsi şəhidlərinin məzarlarını ziyarət etdiyi qeyd olunub.

Eyni zamanda, Azərbaycanın Livandakı səfirliyi tərəfindən Livan XİN və digər nazirliklərə, ictimai qurumlara, mətbuat vasitələrinə və ölkədə akkreditə olunmuş xarici diplomatik nümayəndəliklərə 20 Yanvar faciəsinin 28-ci ildönümünə dair press-reliz və bəyanat təqdim edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar