Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liseylərin V sinfinə qəbul üzrə elektron qeydiyyat başlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə şagirdlərin qəbulu üçün elektron qeydiyyat başlanıb


BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, Texniki-Humanitar Lisey, 2 saylı Texniki-Humanitar Lisey, 147 saylı Texniki-Humanitar Lisey və 291 saylı Ekologiya Liseyinə V sinfə şagird qəbulu valideynin (qanuni nümayəndənin) elektron ərizəsinin “mektebeqebul.edu.az” saytında qeydiyyatı yolu ilə həyata keçirilir. 
 
Elektron sənəd qəbulu iyunun 20-nə qədər davam edəcək.
 
12 iyun tarixinə (09:30) olan məlumata əsasən elektron sistem (“mektebeqebul.edu.az”) vasitəsilə liseylərin V sinfinə qəbul üçün 1130 sorğu yerləşdirilib. Onlardan 771-i Texniki-Humanitar Liseyə, 91-i 2 saylı Texniki-Humanitar Liseyə, 110-u 147 saylı Texniki-Humanitar Liseyə, 158-i isə 291 saylı Ekologiya Liseyinə qəbul üçün elektron qeydiyyatdan keçib.
 
Liseylərə qəbul müsabiqə yolu ilə həyata keçiriləcək. Belə ki, müsabiqədə şagirdlər ana dili, riyaziyyat və məntiqə aid test tapşırıqlarını yerinə yetirəcəklər.
 
İmtahanın tarixi barədə əlavə məlumat veriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq müzakirə edilib - Yenilənib

“Bakı marafonu 2024”ün qalibləri müəyyənləşib - Yenilənib

Vladimir Putinin yeni avtomobili nümayiş olundu - Video

Nərimanovda bələdiyyə sədri Təmraz Tağıyev ağacların qəniminə çevrilib - Fotolar

Bakıda həkim xanımını bıçaqlamaqda şübhəli bilinən ər saxlanıldı

Ən çox oxunanalar