Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Liderlər partiyadaxili demokratiyadan danışdılar


Müsahibəyə görə idarə heyətinin töhmət verdiyi partiya sədri kimdir?


Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu publika.az-a müsahibəsində uzun illər üzvü olduğu Müsavat Partiyasının üzvlərinə partiyadaxili demokratiyanın qurulması çağırışını edib: 

“Mən sıravi müsavatçılara səslənmək istəyirəm. Əgər Müsavat Partiyasının güclənməsini istəyirlərsə, orda ilk növbədə partiyadaxili demokratiya olmalıdır, qərarların qəbulunda inhisarçılığa son qoyulmalıdır, alternativ və tənqidi fikirlər dinlənilməlidir”.

Qubad İbadoğlunun partiyadaxili demokratiya məsələsindən danışması siyasi partiyalarda daxili demokratiyanın hansı səviyyədə olub-olmadığını gündəmə gətirir.

ADP sədri Sərdar Cəlaloğlu bildirdi ki, partiyaların daxilində demokratiyanın hüquqi əsası olmalıdır. Yalnız partiya sədrinin partiyadaxili demokratiya yaratması kimi yanaşma düzgün deyil. Partiyanın seçkili orqanlarının bir-birinə qarşılıqlı nəzarəti təmin etməsi ayrı-ayrı mexanizmlərlə həyata keçirilməlidir: “Yəni partiyanın Məclisi, Nəzarət Təftiş Komissiyası var. Bu orqanların funksiyaları və fəaliyyəti elə tənzimlənməlidir ki, avtomatik olaraq qarşılıqlı nəzarət imkanları meydana çıxsın, hesabatlılıq meydana gəlsin. Hər şeyi sədrdən asılı olanda əlbəttə ki, partiyadaxili demokratiyadan söhbət gedə bilməz. İkincisi, partiyanın nizamnaməsində üzvlərin hüquq və azadlıqlarını elə təmin etmək lazımdır ki, o üzvlərin öz iradəsini partiya daxilində azad ifadə etməsinə hər hansı bir formada maneə olmasın. Partiyadaxili demokratiya partiya üzvlərinə verilən hüquqi imkanlardır. Partiyalar ölkənin konstitusiya və digər qanunlarına görə fəaliyyət göstərdiyi üçün bu qanunların verdiyi demokratik hüquqlar partiyaların nizamnamələrində öz əksini tapmalıdır. Məsələn, bizim partiyanın nizamnaməsinə görə partiya öz üzvlərinə konstitusiyanın verdiyi hüquqları məhdudlaşdıra bilməz.

Ümumiyyətlə, Azərbaycanda demokratiya məsələsi, partiyadaxili demokratiya məsələsi bir qədər fərqli başa düşülür. Demokratiya ilə anarxiyanı, özbaşınalığı bəzən qarışdırırlar. Demoqoqluq, özbaşınalıq demokratiya deyil. Biri partiya daxilində anarxiya yaradılmasını istəyirsə, bunu demokratiya hesab etmək olmaz. Ona görə də demokratiyanın nə olduğu ilk növbədə müəyyən edilməlidir".

S.Cəlaloğlu dedi ki, bəzən partiyaları dağıtmaq üçün partiyadaxili demokratiya adı altında liderin nüfuzdan salınması da müşahidə olunur: “Partiyadaxili diskussiyalar olmalıdır, amma süni surətdə diskussiya açılırsa, bu, partiyanın dağılmasına gətirib çıxarır. Ona görə də belə hərəkətlərin qarşısı alınmalıdır. Partiyadaxili demokratiya nə qədər vacibdirsə, partiyanın daxilində anarxiyanın qarşısının alınması da bir o qədər vacibdir. ADP-də həm partiyadaxili demokratiya mövcuddur, həm də anarxiya və demoqogiya yolverilməzdir. Bizim partiyada hər bir üzvə öz mövqeyini ifadə etməsi, haqlı olduğunu isbatlaması üçün baryer yoxdur. Hətta bir dəfə mənim bir qəzetdə verdiyim müsahibəyə görə partiyanın idarə heyəti mənə töhmət vermişdi. Əsas olsa hətta mənim məsələmi Ali Məclisə də çıxara bilərlər. Çoxluğun mövqeyini görüb bəzən mən öz mövqeyimdən də imtina edirəm. Demokratiya bəzən mənfi meylləri də ortaya çıxarır. Çoxluq həmişə həqiqətin tərəfində olmaya bilər. Bəzən əsl həqiqət azlıqda olur”.


Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, partiyadaxili demokratiyanı partiyanın nizamnaməsi təmin edir. Nizamnamənin tələblərinə riayət olunursa, deməli, partiyadaxili idarəetmədə demokratiya mövcuddur: “Bu, əsas göstəricidir. Biz nizamnamədənkənar fəaliyyət göstərmirik. Şəxsi avtoritetin rolu hər yerdə böyükdür. Şəxsi avtoritetin rolu da təbii ki, qərarların qəbul olunmasında öz təsirini göstərir. Bunsuz da mümkün deyil. Demokratik ənənə təkcə qərarların qəbul olunması ilə ölçülməməlidir. Məsələn, biz parlamentdə təmsil olunanda dairə seçki komissiyalarında təmsil olunmaq üçün nümayəndələr göndərməliydik. Partiyanın daxilində imtahan keçirildi. Səhv etmirəmsə, 41 yerə qarşı 100-dən yuxarı ərizə verilmişdi. İmtahandan yüksək bal toplayanlar DSK-da təmsil olundular. 2013-cü ilin prezident seçkilərindən sonra seçkiyə münasibət üçün Rəyasət Heyətinin qərarı gizli səsvermə ilə həyata keçirildi. Bu tipli proseslər çox olub və olur. Bizim partiyanın nizamnaməsi çox demokratikdir və partiya nizamnamə ilə idarə olunur”.



VİP sədri Əli Əliyev dedi ki, partiyalarında qərarlar kollegial şəkildə qəbul olunur. İdarəetmədə sədrin diktəsindən söhbət gedə bilməz: “Siz müraciət edəndə Siyasi Şuranın iclası gedirdi. Dekabr ayında ilin yekunları ilə bağlı tədbir hazırlamaq üçün toplaşmışdıq. Qərar kollegial şəkildə qəbul olundu. İclasın müzakirəsində ilk məsələ kimi tədbirin siyasi məqsəd uyğunluğu dəyərləndirildi. Belə və digər məsuliyyətli məsələlərin qərarı kollegial şəkildə qəbul edilir. Belə olmazsa, partiyanı idarə etmək müşkül olar. Bizim daxili qaydalarımıza görə müzakirə mərhələsində hamı öz fikrini bildirmək səlahiyyətinə malikdir. Elə bugünkü iclasın gedişatında tədbirlə bağlı daban-dabana zidd mövqelər var idi. Lakin gedişatda ümumi məxrəcə gəlindi. Müxalifətdə duran partiyaların üzv və tərəfdarlarına təhlükə və məhrumiyyət  reallığı qarşılığında avtoritar münasibətlər qurmaq  alınmaz”.


Hakim Yeni Azərbaycan Partiyasının deputatı Bəxtiyar Sadıqov bildirdi ki, təmsil olunduğu partiya kifayət qədər demokratik əsaslarla idarə olunur: “Mən bir partiya üzvü olaraq bunun şahidiyəm. YAP-ın hər bir üzvü istədiyi vaxt təklif verə bilər. Dəfələrlə mən Ağdam rayon təşkilatı ilə bağlı və ya Mərkəzi Aparatla bağı fikrim olanda təkliflər vermişəm. Hökm deyil ki, təklifi məhz iclasda əlini qaldırıb deyəsən. YAP-ın sədr müavinləri bizim deputat həmkarlarımızdır və hər kəsi də dinləyirlər. Ürəyimizdən keçəni deyirik və buna görə heç bir problem yoxdur. Partiyanın daxilində müzakirələr hər zaman demokratik prinsiplər qorunmaqla gedir. Demokratiya həm də onu tələb edir ki, partiya səs çoxluğu ilə qərar qəbul edirsə, bir üzv olaraq sən onu icra eləməlisən. Məsələ müzakirə olunanda hər kəs öz mövqeyini ifadə edə bilər. Elə ki, səsvermə ilə qərar qəbul olundu. Hər kəs o qərara tabe olmalıdır. Tabe olmamaq demokratiya sayıla bilməz. Partiyada demokratiya mövcuddursa, bu o demək deyil ki, sən ondan sui-istifadə edə bilərsən. YAP-dakı demokratik mühiti bəyənirik”. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar